SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər aparacaqlar
Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər tədris edəcəklər. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək. AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir. Ümumi təhsil müəssisələrində elmi və elmi-populyar mövzular üzrə nümunəvi dərslər aparacaq alimlərin siyahısı Qafqazinfo.az
27/11/2015 16:59
Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və təşkilatın xoşməramlı səfirləri ilə görüşüb
Noyabrın 26-da Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və xoşməramlı səfirləri ilə görüşüb. Qonaqları salamlayan Mehriban Əliyeva ISESCO-nun Baş Konfransının XII sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib, bu tədbirin ölkəmiz və ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. ISESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx dostluq əlaqələrinin olduğunu deyib. Bildirib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Ölkəmizdə mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin keçirildiyi, tolerantlığın Azərbaycan cəmiyyətinin həyatında güclü ənənəyə çevrildiyi bildirilib. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ənənələrini tanıtmaq üçün dünyada bir çox tədbirlər keçirdiyini və həmin tədbirlərdə Azərbaycanda hökm sürən tolerantlıq mühiti barədə ətraflı məlumat verildiyini söyləyib. Mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində ISESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyəti vurğulanıb. Mehriban Əliyeva ISESCO ilə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Əbdüləziz Osman əl-Tuveycri tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş direktor Azərbaycan ilə ISESCO-nun səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib. Heydər Əliyev Fondu
27/11/2015 09:50
Təhsil naziri Küveyt Dövlətinin təhsil nazirinin müavinini qəbul edib
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Küveyt Dövlətinin təhsil nazirinin müavini Heysəm Saleh Əhməd əl-Əsrini qəbul edib. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində hazırkı vəziyyət və əməkdaşlığın gələcək inkişafı imkanları müzakirə edilib.
26/11/2015 18:28
Təhsil naziri Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri ilə görüşüb
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri Məhəmməd Balığ Ur Rəhman ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
26/11/2015 18:11
Təhsil naziri Mikayıl Cabbarov Əfqanıstanın təhsil naziri ilə görüşüb
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Əfqanıstanın təhsil naziri Əsədullah Hənif Bəlxi ilə görüşüb. Görüşdə təhsil sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən Əfqanıstanın təhsil sisteminin inkişaf prosesinə dəstək, əfqanıstanlı müəllimlərin ixtisasartırma kurslarında iştirakı və bu ölkədən olan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil imkanları kimi məsələlər müzakirə edilib.
26/11/2015 18:03
Məktəb-liseydə xeyriyyə yarmarkası
Noyabrın 26-da Bakı şəhərində yerləşən 62 nömrəli məktəb-liseydə xeyriyyə yarmarkası keçirilib. Yarmarka Təhsil Nazirliyinin təşəbbüşü ilə ölkənin 54 məktəbində yaradılan məktəb icmaları layihəsi çərçivəsində təşkil olunub. Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə tutulub. İlkin mərhələdə məktəbin 3 sinfini əhatə edən məktəb icması gələcəkdə daha da genişləndiriləcək. Yarmarkada II, VII və VIII sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məktəb icmasının təşəbbüsünə Nizami Rayon İcra Hakimiyyəti, rayonun yerli özünüidarəetmə orqanları və özəl qurumlar da dəstəyini əsirgəməyib. Qeyd edək ki, “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında təşkil olunan icmalar məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir. 2015-ci ilin sentyabrından həyata keçirilən məktəb icmaları layihəsinin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.
26/11/2015 14:38
İdman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir
VII-XI sinif şagirdləri arasında atletika, velosiped, badminton və basketbol idman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktləbləri arasında əməkdaşlığı gücləndirmək, məktəblilərin idmanla məşğul olması üçün valideynləri həvəsləndirmək, “Bakı 2015” I Avropa Oyunlarının idman irsini təbliğ etmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir. Bakı şəhər birinciliyinin proqramına uyğun olaraq, şagirdlər məktəbdaxili, rayon və final mərhələləri üzrə mübarizə aparırlar. Yarışlara altmış min nəfərə yaxın məktəbli qatılıb. Yarışların ikinci mərhələsinin müxtəlif idman növləri üzrə qalibləri diplom və kubokla, finalda I, II, III yerləri tutan komandalar və onların məşqçiləri isə pul mükafatı ilə təltif olunacaqlar.
26/11/2015 11:14
Təhsil naziri BP şirkətinin regional prezidentini qəbul edib
Noyabrın 25-də təhsil naziri Mikayıl Cabbarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birreli qəbul edib. Görüşdə ali təhsil və ilk peşə-ixtisas təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
25/11/2015 17:51
Təhsil naziri Fransanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Noyabrın 25-də təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Orelia Buşezi qəbul edib. Mikayıl Cabbarov ilk öncə 13 noyabr tarixində Parisdə baş vermiş dəhşətli terror hadisələri ilə əlaqədar səfirə başsağlığını verib. Səfir Azərbaycan tərəfinin dəstəyindən və tolerantlığa əsaslanan prinsipial mövqeyindən təsirləndiyini bildirib və buna görə təhsil nazirinə təşəkkürünü ifadə edib. Təhsil naziri 2-4 noyabr tarixlərində Fransa Respublikasına işgüzar səfəri çərçivəsində fransalı həmkarı ilə görüşdüyünü, Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışında iştirak etdiyini qeyd edib. Bakı Fransız Liseyinin fəaliyyətindən və Azərbaycan-Fransız Universitetinin təsis edilməsinə dair danışıqların davam etdirilməsindən razılığını ifadə edən Mikayıl Cabbarov təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
25/11/2015 17:46
Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq
Noyabrın 25-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün mediatur keçirilib. Mediatur zamanı KİV nümayəndələrinə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabilyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.
25/11/2015 17:01
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı