• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Futzal üzrə Respublika birinciliyi başa çatdı

İyunun 6-da Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin final mərhələsi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Futzal Futbol Federasiyasının nümayəndələri və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Yarışın final oyunu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda ADBTİA 9:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri Bakı Dövlət Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub. Komandaların mükafatlandırılma mərasimdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib. Birinci Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycanda idman sahəsində böyük uğurlar qazanıldığını deyən nazir müavini bir neçə gündən sonra "Formula-1” Avropa Qran-Prisi ilə yenidən dünyanın diqqətinin ölkəmizə yönələcəyini bildirib.   Daha sonra komandalar mükafatlandırılıb. Birinici yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin, əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 7 nominasiya üzrə qiymətləndirilib. Respublika birinciliyində 40-a yaxın komanda 800 tələbə iştirak edib.  Yarışlar AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

Maarifçi Tələbə Kredit Fondu mediaya təqdim edildi

İyunun 6-da Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinq keçirilib. Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud  bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.          Sonra fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi (www.maarifci.az) barədə söhbət açılıb. Bildirilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Respublika şahmat turniri başa çatıb

Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda I yeri Quba şəhər 2 nömrəli ümumi təhsil məktəbinin, II yeri Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin, III yeri isə Ucar rayon 1 nömrəli ümumi təhsil məktəbinin komandası tutub. Yarışın sonunda qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunublar. Turnirin məqsədi 1-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək, valideynlərin məktəb həyatında daha fəal iştirakına nail olmaq və şagirdlər arasında şahmat idman növünü yaymaqdan ibarətdir. Cari ilin aprelindən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarət olub.

Xaçmazda 17 ölkə təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb

İyunun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 17 ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans işə başlayıb. “Dostluq, tolerantlıq və sülhsevər təhsil mühitinin yaradılmasında bir vasitə olan təhsilin təşviqinə töhfə vermək məqsədilə təhsil işçiləri həmkarlar ittifaqlarının potensialının artırılması” mövzusunda keçirilən konfrans iki gün davam edəcək. Beynəlxalq konfransa xarici mütəxəssislərlə yanaşı, Azərbaycanı təmsil edən 25 şəhər və rayon komitəsi sədrləri də qatılıb. Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristine Blover və təşkilatın direktoru Martin Romer çıxış edərək, konfransın məhz Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqedə bu gün bir sıra münaqişə ocaqları mövcuddur və insanlar bundan əziyyət çəkir. Kristine Blover bildirib ki, təhsildə sülhün müxtəlif ölkələrdə fərqli adları var. Azərbaycanda isə bu, multikulturalizm adlanır. “Konfransda təhsil işçilərinin şagirdlərə sülhü necə təbliğ etməsi, bunun üçün hansı bacarıqların olmasının vacibliyindən danışılacaq. Əgər məktəb vaxtında uşaqlar bir-birinə hörmət etməyi öyrənərsə, fərqli din və mədəniyyətlərin nümayəndələrinə də hörmətlə yanaşarlar”, - deyə K.Blover vurğulayıb. Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, Azərbaycanın təhsil sisteminin inkişafı, bu istiqamətdə həyata keçirilən islahatlar və ölkəmizdəki tolerant mühit haqqında ətraflı məlumat verib. Bildirilib ki, təhsilin sülhə verəcəyi töhfələr gələcəkdə baş verə biləcək bir çox münaqişələrin qarşısını ala bilər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov isə çıxışında Azərbaycanın tarixi torpaqlarının uzun illərdir Ermənistan silahlı birləşmələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunun nəticəsində yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Məcburi köçkün şagirdlərin doğma yurdlarında normal təhsil almaq hüququ əlindən alınıb. Təhsildə sülhün təbliğ edilməsinin önəmindən danışan natiq Azərbaycanın həmişə sülhsevər mövqeyi ilə seçildiyini vurğulayıb. Daha sonra bir sıra beynəlxalq ekspertlər mövzu ətrafında məruzələrlə çıxış ediblər. “Sülh universiteti: Təhsil sülh quruculuğunun əsas aləti kimi”, “Sülh qurmaq vərdişləri sosial vərdişlər kimi: Tələbə və pedaqoqlar üçün münaqişələrin həlli sahəsində təhsilin əhəmiyyəti”, “Təhsil sahəsində sülh və könüllülük təcrübəsi” və digər mövzuların müzakirəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.   AZƏRTAC 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər

1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil Nazirliyi sistemindəki internat məktəblərində silsilə tədbirlər keçirilib. Heydər Əliyev Fondu və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir təşkil olunub. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, müəllimlər və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində keçirilən digər tədbirdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və səfirliyin əməkdaşları şagirdlərlə görüşüblər. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş bayram tədbiri də maraqla qarşılanıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində təşkil olunmuş tədbirdən sonra şagirdlərin Zirə Mədəniyyət Mərkəzi və Eko Parka səfərləri təşkil olunub. Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində şagirdlər asfalt üzərində və malbertlərdə rəsmlər çəkib, əl işləri nümayiş olunub və futbol yarışı keçirilib. Tədbirə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi, Sumqayıt Şəhər Mədəniyyət və Turizm Şöbəsi və YAP Sumqayıt Şəhər Təşkilatının təmsilçiləri qatılıblar. Həmçinin, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 2-də Bakı Fransız Liseyi Təhsil Kompleksində keçirilən tədbirdə 10 nömrəli Sanatoriya tipli internat məktəbin şagirdləri iştirak ediblər. Keçirilən tədbirlərdə şən mahnılar ifa edilib, şagirdlərin ifasında rəqs, musiqi nömrələri nümayiş olunub, şeirlər səsləndirilib və uşaqlara müxtəlif hədiyyələr verilib.

“Multikulturalizm ili” çərçivəsində “Yaponiya günü” keçirilib

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində təşkil olunmuş tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katıbi Ko Obata,  Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, müəllimlər və dərnək üzvləri iştirak ediblər. Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katıbi Ko Obata öz ölkəsinin təbiəti, mədəniyyəti, incəsənəti, təhsil sistemi, adət-ənənəsi, dili, mətbəxi,  haqqında ətraflı məlumat verib. Ko Obata uşaqlara yapon dilində “salam” və “təşəkkür edirəm” sözlərini, bəzi yapon heroqliflərinin açmasını öyrədib. Qeyd olunub ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliği məqsədilə 2016-cı il “Multikulturalizm ili” elan edilib. Tədbirdə Yaponiyada keçirilən 23-cü Beynəlxalq Rəsm Müsabiqəsində qalib gələn 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi "Günəş" art studiyasının üzvü Aytac Quliyeva və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Aişə Maarifova diplomla təltif olunublar. Sonra Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi rəqs qrupunun çıxışı izlənilib.

Müsabiqə əsasında I sinfə şagird qəbulu prosesi başa çatıb

Bakı şəhəri üzrə müsabiqə əsasında lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu prosesi yekunlaşıb. İstedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində I sinfə qəbul müsabiqə əsasında təşkil olunub. Qeyd edək ki, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4 449 nəfər müraciət edib. 15 aprel-15 may 2016-cı il tarixlərində bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən təşkil edilmiş müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və "Ankara məktəbi" məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.

May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 499 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 12 499 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8 331 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən eyni) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 168 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 399 sənəd (752 məktub, 447 ərizə, 200 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumİ təhsil məktəblərinin 1-ci siniflərinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1 859 zəng) və çərşənbə (1 836 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1 130 müraciət) və çərşənbə (814 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaqdır. Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaqdır. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Azərbaycan nümayəndə heyəti COMSTECH Baş Assambleyasının 15-ci görüşündə iştirak edib

Təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edir. COMSTECH 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in üçüncü İslam Zirvə görüşündə təsis edilib. COMSTECH-in sədri vəzifəsini Pakistan Prezidenti icra edir. COMSTECH-in əsas məqsədi İslam Birliyinin elmi və texnoloji tələbatlarının müəyyən edilməsi və düzgün qiymətləndirilməsi ilə yanaşı, İƏT üzvü olan ölkələr arasında elm və texnologiya sahəsində əməkdaşlığı gücləndirmək, milli, regional, beynəlxalq səviyyədə elmi və texnoloji fəaliyyətlərin planlaşdırılması, inkişafı, araşdırılması və monitorinqi üçün effektiv strukturun yaradılmasından ibarətdir. Tədbirin mayın 31-də keçirilmiş açılış sessiyasında Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, elm və texnologiya naziri Rana Tanvir Hüseyn, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Mədəni, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli əl Mədəni və COMSTECH Baş koordinatoru Şaukat Hamid Xan çıxış ediblər. Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi iştirak edib. Onların 30-dan çoxu elm, texnologiya və təhsil üzrə nazirlər tərəfindən təmsil olunublar.  Təhsil naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizin hərtərəfli inkişafında elm və texnologiyanın rolu barədə danışıb. Təhsil naziri Azərbaycanda elm, texnologiya və təhsilin əlaqələndirilməsi, məktəb yaşlarından elmə meyilli gənclərin müəyyən edilməsi, Azərbaycanın 40 ali təhsil müəssisəsinin beynəlxalq tədqiqat bazası və nəşrlərinə çıxışını təmin edən “Thomson Reuters” şirkəti ilə imzalanmış müqavilənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti, informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizin nailiyyətləri, kosmos sənayesində uğurları və 2013-cü ildə ilk milli peykimizin orbitə buraxılmasını xüsusi vurğulayıb. Nazir bütün bu tədbirlərin Azərbaycan hökumətinin innovativ inkişaf və modernləşməyə olan diqqətinin bariz nümunəsi olduğunu qeyd edib. Tədbirdə Azərbaycanın COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilməsi ölkəmizin beynəlxalq arenada və xüsusilə İƏT-də nüfuzunun artmasını bir daha sübut edir. Bu seçimdən sonra təhsil naziri Mikayıl Cabbarov İƏT və COMSTECH-in ixtisaslaşmış qurumlarının hesabat və təkliflərini təqdim etdikləri plenar iclasa sədrlik edib. Tədbirin birinci gününün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikası Prezidentinin rəsmi qəbulunda iştirak edib. Eləcə də Azərbaycan nümayəndə heyəti qarşılıqlı maraq doğuran sahələr üzrə digər ölkələrin nazirlikləri və ixtisaslaşmış qurumların nümayəndələri ilə görüş və məsləhətləşmələr keçirib. COMSTECH Baş Assambleyasının 15-ci görüşü öz işini iyunun 1-də yekunlaşdıracaqdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı