• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Demircini qəbul edib

Noyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Demircinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə əmək bazarının tələblərinə uyğun, rəqabət qabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin əhəmiyyəti vurğulanıb. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib. Eyni zamanda görüşdə peşə təhsili sahəsində qarşılıqlı şəkildə təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü”

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə  “Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər. Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər. Yürüşün sonunda Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkilib.  

“Elektron təhsil” müsabiqəsinin birinci mərhələsi başa çatıb

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Müsabiqəyə 1313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmayıb, ümumilikdə isə 1220 layihə qəbul edilib. Layihələrin 744-ü müəllimlər, 438-i şagirdlər, 38-i isə məktəblərin inzibati heyəti tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabr ayının sonunda elan ediləcəkdir. Müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və onların fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdır. Həmçinin, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, müəllim və şagirdləri elektron resurslar yaratmağa, hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər 6000-dən artıq layihə təqdim olunub.

Şimal bölgəsinin təhsil işçilərinin təklifləri dinlənilib

Noyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər. Görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin əl işlərini və idman sahəsində qazandığı uğurları əks etdirən sərgi ilə tanışlıq olub. Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müstəqillik dövründə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən,“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb. Bildirilib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Firudin Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin təşkili, təkmilləşdirilməsi, xüsusilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. Tədbirdə müvafiq rayonların təhsil işçiləri çıxış edərək təlim və tərbiyə sahəsində görülmüş işlər haqqında məlumat verib, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Sonda təhsil işçilərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.   AZƏRTAC

Kanadada təhsil alan tələbə: Hər kəsin sevdiyi sahədə təhsil alması önəmlidir – Uğur formulu

Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Cahanşir Əfəndiyevdir. Cahanşir Əfəndiyev 1997-ci il sentyabrın 12-də Bakıda anadan olub. İlk təhsilini Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə alıb. 7-ci sinifdən etibarən isə  Bakı Özəl Türk Liseyində təhsilini davam etdirib. Hazırda Kanadanın Toronto Universitetində sənaye mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan C.Əfəndiyev öz uğur hekayəsini bölüşür. - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? -Təbii ki, xaricdə təhsil hüququ həm akademik, həm də sosial mühitdə insana bir sıra üstünlüklər qazandırır. Bunlardan ən önəmlisi universitet daxilində öyrədilən biliklərin yalnız nəzəri deyil, həm də praktiki əksinin göstərilməsidir. Həmçinin, mühəndislik kimi tətbiqi elmlərin tədqiqat imkanları prosesləri daha dərindən öyrənməyə imkan yaradır. - Niyə məhz bu ixtisası seçdiniz? - Əslində artıq məktəb dönəminin son illərində müəyyən qədər hansı sahəyə marağımın olduğunu müəyyənləşdirmişdim, lakin konkret olaraq hansısa mühəndislik sahəsini seçməkdə çətinlik çəkirdim. Texniki sahədən daha uzaq, ayrı-ayrı mühəndislik sahələrinin proseslərini idarə etmək o illərdə mənə daha cəlbedici görünürdü. Araşdırdıqdan sonra, məhz sənaye mühəndisliyi ixtisasının bu işə yaxın olduğunu gördüm. Həmçinin, ixtisasın cavan və sürətlə böyüməkdə olması da bu səbəblərə daxil idi. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? -Həm tələbə təşkilatları, həm də Torontoda yaşayan həmyerlilərimiz ilə birlikdə son illərdə bir sıra tədbirlər keçirilir. Bunlara həm milli, həm də respublika bayramları daxildir. Milli bayramların əksəriyyətini öz həmyerlilərimiz ilə birlikdə qeyd etsək də, digər önəmli günlərdə bir sıra sərgi və ya Azərbaycan rəqs günləri keçirilir. Mən bu cür tədbirlərin təşkilində  yaxından iştirak etməyə çalışıram. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Əslində Amerika qitəsindəki əksər ali məktəblər kimi Toronto Universitetində də müəllim-tələbə münasibətlərində ən əsas söz sahibi tələbədir. Yəni, fərqli ixtisas dərslərindən olan əksər professorlar leksiya saatında maksimum dərəcədə biliklərini tələbəyə öyrətməyə çalışır. Lakin mühazirə saatları xaricində hər hansı mövzunu yenidən öyrətmək üçün tələbə şəxsən professora müraciət etməlidir. Çünki böyük miqyaslı bir sinfin hər tələbəsinin mövzunu hansı dərəcədə anladığını professorun təyin etməyi çox çətindir. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? -Bəli, ümumilikdə 68.000 tələbənin 16 faizi məhz əcnəbi tələbələrdir. Dünyanın bir sıra ölkələrindən fərqli ixtisaslarda çoxlu sayda əcnəbi tələbə təhsil alır. Heç bir ixtisas növündə bu tələbələrə hər hansı ayrı bir qrupda təhsil verilmir. Hər kəs eyni dərsləri götürdüyünə görə münasibət də çox isti olur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -Dünya təcrübəsində təhsildə keçirilən dəyişikliklər ən qısa zamanda nəticə verən dəyişikliklərdir və insan faktoru, insan kapitalı bir nömrəli prioritetdir. Arzu edirəm ki, Azərbaycanda da bu proseslər sürətlənsin. - Çətinlikləriniz varmı? -Torontoda ən önəmli çətinliklər dərs proqramının ağırlığı və hava temperaturu ilə bağlıdır. Toplam dərs periodu maksimum dərəcədə ən qısa vaxtda sıxışdırıldığı üçün az vaxtda çox akademik iş tələb olunur. Hava faktoru isə bildiyiniz kimi, Kanadada qış ayları şaxtalı və sərt keçir. Və sizə qışın nə zaman başlayacağı deyilmir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? -Həftə sonları əksər hallarda Torontoda təhsil alan digər azərbaycanlı tələbələrlə görüşlər təşkil etməyə, birlikdə futbol oynamağa və ya izləməyə çalışıram. Dərs günlərində asudə vaxt olduqda isə bir sıra fərqli mövzularda şəxsi mütaliə aparıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Əslində təhsil aldığım ixtisas böyük miqyaslı, fərqli iş imkanları yaratdığı üçün hər hansı bir konkret iş sahəsi və ya spesifik şirkətləri bildirmək çətindir. Lakin hazırkı ixtisas yönünü əməliyyat tədqiqatları sahəsində seçmişəm və məzun olduqdan sonra mühəndislik əməliyyatlarının tədqiqatı sahəsində işləməyi planlaşdırıram. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? -Bəlkə də bir az şablon səslənsə də, mənə görə təhsil konseptində ən önəmlisi hər kəsin sevdiyi sahədə təhsil alması, bu sahədə özünü inkişaf etdirməsidir. Yəni, ümumi universitet sıralamaları ilə deyil və ya sırf xarici bir universitetdən məzun olmaq üçün deyil, gələcəkdə sahib olacaq sevdiyi ixtisası öyrənmək önəmlidir.   1news.az

“Bayraq yürüşü” keçiriləcək

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçiriləcək yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

“Mən azərbaycanlıyam” bilik yarışmasının qalibləri mükafatlandırılıb

Noyabrın 2-də “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 6-cı mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, millət vəkilləri və KİV nümayəndələri iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov altı il əvvəl start verilən “Mən azərbaycanlıyam” intellektual bilik yarışmasının auditoriyasının ildən-ilə genişləndiyini, gənclərin bu müsabiqədə iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini layihənin gənclərin Azərbaycan tarixinin, milli mənəvi dəyərlərin və mədəni irsin dərindən öyrənmələrində böyük rol oynadığını bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Elsevər Dünyamalıyev çıxışlarında geniş tamaşaçı kütləsi olan layihənin əsas məqsədindən danışıb, yarışmanın gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında aparılan məqsədyönlü işlərin davamı kimi qiymətləndiriblər. Sonra yarışmanın iştirakçıları mükafatlandırılıb. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Təhsil Nazirliyi,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən layihəyə 2010-cu ilin fevral ayından start verilib. “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında həyata keçirilən telelayihənin əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, Azərbaycan tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq və onların intellektual inkişafını təmin etməkdən ibarətdir.        

Təhsil nazirinin Ağstafa şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Mikayıl Cabbarovun Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin 4 noyabr 2016-cı il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.    Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Oktyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub

  Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 425 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə az) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 087 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 971 sənəd (634 ərizə, 863 məktub, 474 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 188 zəng) və çərşənbə axşamı (2 193 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 100 müraciət) və cümə (833 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

SABAH tələbələri ilə görüş

Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə  görüşüb. Görüş SABAH tələbələrinin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilən “Açıq dərs”lər çərçivəsində təşkil edilib.  Tədbirdə startapların effektivliyi, gənclərin bu sahəyə marağının artırılması, startapların yaradılması və fəaliyyəti, motivasiya mövzusunda tələbələrlə interaktiv müzakirə aparılıb. Tal Katran informasiya texnologiyaları sahəsində yaradılmış və inkişaf etdirilmiş startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı