• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir. Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər. Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşib

Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-i nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.  Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.    Müsabiqəyə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.               Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.             2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 6000-dən artıq layihə təqdim olunub.

Cüdo üzrə açıq respublika birinciliyi başa çatıb

Sumqayıt şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının  dövlət  müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş 13-15 yaşlı yeniyetmələr arasında cüdo üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək, bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub. Birincilikdə ümumilikdə idman məktəbləri, klub və cəmiyyətlərdən 32 komanda olmaqla 300-ə yaxın idmançı mübarizə aparıb. “Təhsil” RİM və Azərbaycan Cüdo Fedarasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edib. Birinciliyin nəticələrinə əsasən şəxsi yarışlarda medalların sayına görə I yerə 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzi  (İOEUGİM), II yerə “Təhsil” RİM-in Sumqayıt filialı, III yerə isə “Təhsil” RİM-in Gəncə filialı layiq görülüb. Komandaların mübarizəsində isə I yeri 13 saylı İOEUGİM-nin komandası, II yeri “Təhsil” RİM-in Sumqayıt filialının komandası, III yerləri isə 11 saylı Uşaq Gənclər İdman Mərkəzinin və “Azəri” cüdo klubunun komandaları tutub. Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif edilib.

Şahmat üzrə Respublika çempionatı başa çatıb

Quba rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb. Çempionat “Təhsil” RİM-in 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər Şahmat məktəbləri, həmçinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbləri və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələri  arasında keçirilib. Çempionatın keçirilməsində əsas məqsəd şəxsi birincilik yarışlarının nəticələrinə əsasən 2017-ci ildə “Məktəblilərin Dünya və Avropa çempionatı”nda  iştirak edəcək şahmatçıları müəyyən etməkdən ibarət olub. Çempionat “Məktəblilər arasında Dünya və Avropa çempionatı”nın yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilib. Final mərhələsində zona yarışlarında hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş oğlan və qız şahmatçıları iştirak edib. Komanda hesabında I yeri Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbi, II yeri Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbi, III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutublar. Qaliblər  “Təhsil” RİM-in kubok və diplomları ilə təltif edilib.

Rusiyanın təhsil və elm nazirinin iştirakı ilə konfrans

Noyabrın 28-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Olqa Vasilyeva Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra rusiyalı nazir Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.   Konfrans çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və rusiyalı həmkarı Olqa Vasilyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılışında video-konfrans rejimində iştirak edib və təbrik mesajlarını səsləndiriblər. Sonda media nümayəndələri üçün brifinq keçirilib və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bügünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.  

Rusiya Federasiyasının təhsil və elm naziri məktəb direktorları ilə görüşüb.

Noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Bakı şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb və ölkəmizdə rus dilinin tədrisinin vəziyyəti ilə tanış olub. Daha sonra rusiyalı nazir Heydər Əliyev Mərkəzini ziyarət edib.  

Prezident İlham Əliyev Rusiyanın təhsil və elm nazirini qəbul edib

Prezident İlham Əliyev  Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlətimizin başçısı bildirdi ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qorudu, hətta daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini dedi. Rusiya təhsil ocaqlarında Azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd edən dövlətimizin başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilinin almaq imkanın olduğunu vurğuladı. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən dövlətimizin başçısı nazirin Azərbaycanda olduğu dövrdə bu proseslərlə yaxında tanış olmaq imkanı olacağını dedi. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Rusiya Federasiyasının Təhsil və Elm naziri xanım Olqa Vasilyeva dedi: “Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm”. Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan Rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini dedi. Rus dilinin inkişaf məsələlərinə toxunan nazir bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, misal üçün Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur. Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olundu, Rusiya-Azərbaycan Universitetləri Assosiasıyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı, universitetlər arası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edildi.   www.president.az  

İsmayıllıda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı

Noyabrın 27-də İsmayıllıda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan və 2 gün davam edəcək qiymətləndirmədə İsmayıllı ilə yanaşı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 3500 nəfərədək müəllim iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediliblər.  

3500-dək müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək

27-28 noyabr 2016-cı il tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir. Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 3500-dək müəllim iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediləcəklər. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Yaponiyada təhsil alan tələbə: Nənəmin yolunu davam etdirirəm - Uğur formulu

Kyoto Universitetinin zəngin kitabxanasında Azad Mirzəcanzadə və Lütfi Zadənin əsərlərini gördükdə isə ürəkdən fəxr etmişəm.   Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nilufər Rəhimovadır. Nilufər Rəhimova 1989-cu ildə Bakıda anadan olub. Bakıdakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra qəbul imtahanlarında yüksək bal toplayaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olub. Magistiratura təhsilini Yaponiyanın Kyoto Universitetində alıb. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsilini davam etdirir. -Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? -Kyoto Universitetində təhsil almaq mənə dünyanın ən qabaqcıl texnologiyaları ilə müasir tibb üçün aktual olan mövzularda tədqiqat aparmaq imkanı verib. Ən son innovasiyalardan istifadə edərək, mən burada gen mühəndisliyi, molekulyar klonlaşdırma, bio-görüntüləmə üsulları ilə iltihabi proseslərin cari vaxtda, tək hüceyrə səviyyəsində necə baş verdiyini vizual muşahidə edə bilmişəm. Bu isə gələcəkdə iltihab komponenti olan, məsələn, xərçəng və revmatoidli artrit kimi xəstəliklərin daha asan, sürətli və dəqiq diaqnozunda köməkçi vasitə kimi istifadə oluna bilər. -Niyə məhz bu ixtisası seçdiniz? -Nənəm əczaçı olub və öz sənətini çox sevib. Onun bu istəyi mənə də sirayət etdi. Uşaqlıqdan bu sahədə mütəxəssis olmaq istəyirdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? -Əvvəla, əczaçılıq sahəsinin çox istiqamətli və perspektivli olduğunu Tibb Universiteti tələbələrinin bilməsini və aydın təsəvvür etməsini istərdim. Tibb Universitetində yeni laborator avadanlıq, yeni tədris materialları, ən son texnologiyaların istifadəsinin mümkün olduğu bir mühitin olmasını arzulayıram. Düşünürəm ki, elmin inkişaf etməsi üçün hər bir şərait olmalıdır və mütəxəssislər daim özlərini təkmilləşdirməlidir. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? -Yaponiyada çox az sayda insanın Azərbaycan haqqında kifayət qədər informasiyası var. Bu, xüsusən paytaxtdan uzaq yaşayan insanlarda daha tez-tez müşahidə olunur. Universitetin müxtəlif vaxtlarda təşkil etdiyi tədbirlərdə Azərbaycan haqqında təqdimatlar etmişəm. Bizim ölkənin məşhur xadimləri haqqında dolğun məlumatlar verir, ölkəmizi tanıtdıran amillərdən danışmışam. Kyoto Universitetinin zəngin kitabxanasında Azad Mirzəcanzadə və Lütfi Zadənin əsərlərini gördükdə isə ürəkdən fəxr etmişəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? -Burada müəllim-tələbə arasında hörmət olduğu qədər də sərbəstlik var. Tələbələr əksər hallarda öz tədqiqat istiqamətlərini özləri müəyyənləşdirir. Müəllimlər isə onlara bu yolda köməklik göstərir. Bu, tələbəyə müstəqil bir mütəxəssis kimi yetişməyə imkan yaradır. -Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? -Çox razıyam. Ümumiyyətlə, yaponiyalılar çox istiqanlıdır. Yapon universitetləri tələbələrin əcnəbi olub-olmamasından asılı olmayaraq, şəffaf akademik mühit yaradıb, bu da çox ümidvericidir. -Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -Yaponiyada doktorantura da daxil olmaqla təhsilin bütün mərhələləri ödənişlidir. Bu baxımdan Azərbaycanda təhsil almaq rahatdır. Elmi-texnoloji baza baxımından isə Yaponiya təhsil sistemi dünyada ön sıralardadır. Burada hətta ali təhsilin aşağı mərhələlərində belə tələbələrin yüksək texnologiyalarla yaxından tanış olmaq imkanı var.  - Çətinlikləriniz varmı? -Çətinliyim bura gələn ilk vaxtlarda yapon dili ilə bağlı yaranmışdı. Yaponlar ingilis dilini o qədər də yaxşı  bilmədiklərinə görə rahat ünsiyyət qurmaq çətin idi. Yapon dilini öyrəndikdən sonra hər şey  qaydasına düşdü. İlk vaxtlarda  çox ehtiyatla yeməklərin dadına baxırdım. Çünki tam fərqli mətbəxdir, cürbəcür dəniz məhsullarından hazırlanır, hətta qoxusu qəribə gəlirdi. Lakin tədricən anladım ki, yaponların çox sağlam və xeyirli mətbəxi var. İndi böyük həvəslə yapon yeməklərini qəbul edirəm. İnsanı sağlam və gümrah saxlayır. Yaponiyada bu səbəbdən dolu bədənli, artıq çəkili insanlar demək olar ki, yoxdur. Onlar çox sağlam həyat tərzi keçirirlər. Həddən ziyadə  dürüstdürlər. Yaponiya mənə sağlam həyat və qida  haqqında əsl məktəb keçdi. İndi isə  mən əksinə, Bakıya gələndə bizim çox dadlı, lakin kifayət qədər yağlı və ağır mətbəximizə artıq ehtiyatla yanaşıram. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? -Asudə vaxtlarımda bədii ədəbiyyat oxumağı çox sevirəm. -Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? -Təhsilimi başa vurduqdan sonra fəaliyyətimi elmi, akademik istiqamətdə davam etdirmək istəyirəm. -Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? -Bütün gənclərə təhsillərinə çox ciddi yanaşmağı tövsiyə edərdim. Ən əsası gənclik vaxtlarını səmərəli istifadə etmələrini arzulayardım. Öz sahəsində dünyagörüşünü artırmaq və daim inkişaf etmək istəyi hər kəsin həyat vərdişi olmalıdır. Təəccüblü deyil ki, bu istək insanı hər zaman daxilən gənc saxlayır.   1news.az

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı