SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tələbələrlə maarifləndirici görüşlər
Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib. Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak edib. Noyabrın 21-dən start verilən maarifləndirmə tədbirləri Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində təşkil edilib. Seminarlarda narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışılıb, narkomanlığa qarşı keçirilən tədbirlərdən bəhs edilib. Sonda toplantıda iştirak edən tələbələrə zəruri təbliğat materialları paylanılıb. Qeyd edək ki, maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasına müvafiq olaraq keçirilib.
21/12/2016 17:45
Müsabiqə qalibləri mükafatlandırılıb
Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi qaliblərinin təltif olunması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və şagirdlər iştirak edib. Mərasimdə çıxış edən Firudin Qurbanov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığının yeniyetmələrin tərbiyələnməsi sahəsində önəmindən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Tədbirdə çıxış edənlər dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən danışıblar. Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin yaradıcılığı ilə gənc nəsli incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaq, dahi şairin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, ifaçılıq qabiliyyətini və xalq mahnılarının təbliğ edilməsini inkişaf etdirməkdən ibarətdir. Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqədə 4 nominasiya üzrə 79 qalib yer müəyyən olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.
21/12/2016 17:15
AMEA ilə Təhsil Nazirliyinin birgə tədbiri
Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Akif Əlizadə açıb. AMEA rəhbəri "Elm və təhsil: problemlər və perspektivlər" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq AMEA-nın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb. Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən Akif Əlizadə akademiyanın elmi müəssisələrində təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. AMEA-nın prezidenti ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilməsi zəruri hesab edilən vəzifələrin həlli üçün sistemli fəaliyyətin tələb olunduğunu bildirib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzusunda məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir. Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını deyən nazir aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyini nəzərə çatdırıb. Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyalardan istifadə etməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdırlar. Təhsil naziri həmçinin, universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Təhsil naziri tədqiqat universitetlərinin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır. Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. Elmi sessiyada AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, akademik, millət vəkili Əhliman Əmiraslanov, AMEA-nın akademik-katibi Rasim Əliquliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.
21/12/2016 16:02
SABAH müəllimlərinə sertifikatlar verilib
SABAH qruplarının müəllimlərinə Paris-Sorbon Əbu Dabi Universitetinin sertifikatlarının təqdim olunması mərasimi keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və müəllimlər iştirak edib. Bildirilib ki, SABAH-ın 15 müəllimi cari ilin avqust ayında təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olub, digər 43 müəllim isə sentyabr ayında Bakıda keçirilən təlimdə iştirak edib. Paris-Sorbon Əbu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi layihə iştirakçılarına təhsildə keyfiyyətin artırılması naminə müasir qiymətləndirmə metodlarına dair geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır. Layihəyə Fransa Respublikasının Azərbaycandakı səfirliyi rəsmi dəstək göstərir.
21/12/2016 12:43
SABAH tələbələri üçün məlumat sessiyası keçirilib
Azərbaycan-Alman Mədəniyyət Mərkəzi “Kapelhaus”da Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələri üçün məlumat sessiyası keçirilib. Təqdimatda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üzrə koordinatoru Stefani Düfo, xidmətin əməkdaşı Rəna Hüseynova, Alman dili tədrisi mərkəzinin rəhbəri Zəhra Əliyeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak ediblər. Sessiyada tələbələrə Alman Akademik Mübadilə Xidməti və Alman dili tədrisi mərkəzi ilə əməkdaşlıq çərçivəsində II kursda təhsil alan SABAH tələbələri üçün alman dilinin tədrisi, həmçinin, DAAD təqaüd proqramları vasitəsilə Almaniyada təhsil almaq imkanları barədə informasiya verilib. SABAH tələbələri onlar üçün təklif olunan üstün imkanlar, həmçinin Almaniyada yay məktəbi və magistratura proqramlarına qəbul qaydaları ilə bağlı geniş məlumat əldə ediblər.
20/12/2016 17:02
Daha iki müəllim maksimum bal topladı
Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib. Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
20/12/2016 16:22
Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb
Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar. Beləliklə, noyabrın 21-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib. Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, həmçinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabr ayının 25-dən sonra qiymətləndirmə keçiriləcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
20/12/2016 14:51
“İdeya-2017” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinə yekun vurulub. Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarətdir. Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib. Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb İcmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub. Tədbirdə “Məktəb icmaları” layihəsi və “İdeya 2017” müsabiqəsi haqqında geniş məlumat verilib, valideynlərin məktəb və şagird həyatındakı rolunun vacibliyi, müsabiqənin şagirdlərin praktik və sosial bacarıqların hərtərəfli inkişafına təsiri nəzərə çatdırılıb. Qeyd olunub ki, valideynlərin məktəb həyatında fəallığı məktəb-şagird-valideyn münasibətlərinə olduqca müsbət təsir göstərir. Daha sonra tədbir mükafatlandırılan layihələrdə əks olunan ideyalar və irəli sürülən təkliflərin müzakirəsi ilə davam edib.
19/12/2016 12:10
Məzunlar akademik fəaliyyətdə
Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı işgüzar panel keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, AMEA-nın prezidenti Akif Əlizadə, ADA universitetinin rektoru Hafiz Paşayev, eləcə də digər ali təhsil müəssisələrinin rəhbərləri, xaricdə təhsil almış magistr və doktorant məzunlar iştirak edib. Panelin əsas məqsədi xaricdə təhsil almış gənclərin universitetlərin akademik və idarəetmə fəaliyyətində iştirakının təmin olunmasıdır. Təhsil naziri Mikayıl Cabbarov giriş sözündə qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əsas fəlsəfəsi ölkəmizin rəqabətəqabil kadrlara tələbatı ilə bağlı olub. Bu məqsədlə ötən illər ərzində 3500-dən çox tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, “Elm haqqında” qanuna əsasən tədqiqat universitetləri fəaliyyətə başlayacaq. Bu universitetlərin uğurlu fəaliyyəti həm də gənc elm adamlarının töhfələrindən asılı olacaq. ADA Universitetinin rektoru Hafiz Paşayev universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı olduğunu vurğulayıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsindən danışıb. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, əsas ideyası “neft kapitalından insan kapitalına" olan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" artıq özünü doğruldub. Bu gün həmin resurs universitetlərimizin auditoriyalarında məzunların akademik fəaliyyəti ilə əlavə dəyər yaratmalıdır. SABAH qruplarının təqdimatında universitetlərdə məzunların akademik fəaliyyəti üçün yaradılan imkanlardan bəhs edilib. Sonra məzunlar açıq fikir mübadiləsinə qoşularaq akademik sahədə daha fəal iştirakı təmin edəcək nüanslar barədə rəy və şərhlərini söyləyiblər. Paneldən sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri arasında işgüzar görüşlər təşkil olunub.
17/12/2016 16:13
Növbəti diaqnostik qiymətləndirmə
Dekabrın 18-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılacaq. İmtahanlar 3 gün ərzində keçiriləcək. Masallı Olimpiya İdman Kompleksində təşkil olunacaq imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılacaqlar. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
17/12/2016 14:05
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı