SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Rektor kollektivə təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Ceyran Mahmudova təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidentinin müvafiq sərəncamını səsləndirib. Nazir müavini universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edən nazir müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb. ADMİU-nun rektoru Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib.
02/08/2018 15:01
İyul ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9 329 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9 329 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 4 350 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 979 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 014 sənəd (620 ərizə, 373 məktub, 21 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı, (1 148 müraciət) bazar ertəsi (970 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 340 müraciət) və çərşənbə axşamı (1 143 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
01/08/2018 14:58
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb. İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib. Müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşulub. Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcəkdir. Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
01/08/2018 10:43
Coğrafiya və fiziki tərbiyə üzrə test imtahanları keçirilir
İyulun 31-də coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarına start verilib. İmtahanlarda 2500-dən çox namizədin iştirakı gözlənilir. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində olub. Nazir müavini imtahanın gedişini izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, imtahanlar bu gün başa çatacaq. İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq biologiya üzrə 59 bal, fiziki tərbiyə üzrə isə 56 bal qeydə alınıb. Xatırladaq ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
31/07/2018 15:58
Şagirdlərimizdən daha bir uğur
26 iyul-1 avqust tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018) keçirilib. Rusiya, Belçika, Finlandiya, Macarıstan və bir çox Avropa ölkələrinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb. 4 nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz medalla qayıdıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli Humanitar liseyin 9-cu sinif şagirdi Murad Eynizadə bürünc medallara layiq görülüblər. Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olur. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər. Qeyd edək ki, sözügedən olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər. 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.
31/07/2018 15:04
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatır
İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq biologiya üzrə 59 bal, fiziki tərbiyə üzrə isə 56 bal qeydə alınıb. İyulun 31-də keçiriləcək coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarında 2500-dən çox namizədin iştirakı gözlənilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar bu gün başa çatacaq. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
31/07/2018 09:50
Təhsil Nazirliyində görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov Moskva Şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının təhsil müəssisələri ilə Moskva şəhərində yerləşən təhsil müəssisələri arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bundan başqa, Moskva şəhərində təhsil sahəsində həyata keçirilən innovativ layihələrdə və təşkil olunan düşərgələrdə azərbaycanlı şagirdlərin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
30/07/2018 17:03
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir
İyulun 28-də fizika və texnologiya üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə isə 56 bal qeydə alınıb. İyulun 30-da keçiriləcək biologiya və fiziki tərbiyə üzrə test imtahanlarında 3291 namizədin iştirakı gözlənilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
30/07/2018 10:47
Şagirdlərimiz beynəlxalq olimpiadadan 3 medal qazanıblar
19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) məktəblilərimiz növbəti uğura imza atıblar. Azərbaycanı olimpiadada 4 şagirdimiz təmsil edib. Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarını qazanıblar. Kimya-biologiya təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın Həvəsləndirici sertifikatına layiq görülüb.
29/07/2018 09:05
Fizika və texnologiya müəllimi olmaq istəyən namizədlər imtahan verir
İyulun 27-də tarix və kimya fənni üzrə müəllim işləmək istəyən 2977 namizəd test imtahanlarında iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb. İyulun 28-də keçiriləcək fizika və texnologiya üzrə test imtahanlarında 3468 namizədin iştirakı gözlənilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
28/07/2018 11:32
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı