SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans
İyulun 16-da Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır. Çıxışının sonunda rektor media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, “Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir. Təlim-konfrans mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.
16/07/2019 16:52
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqə nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı bu ölkənin təqaüdünə layiq görülüb. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 28 ölkə üzrə ən çox təqaüd qazanmış ölkələr arasında Azərbaycan 2-ci yerdədir. İlk onluq təqdim edilir: Ölkə Say Almaniya 13 Azərbaycan 12 Ukrayna 11 Finlandiya 10 Qazaxıstan 9 İsrail 9 Çin 9 Özbəkistan 4 ABŞ 4 Türkiyə 4 Seçim barədə Latviya tərəfindən verilən yekun qərara əsasən, saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, ” Latvia University of Agriculture” və “Riga Graduate School of Law” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə bakalavriat (2 nəfər), magistratura (6 nəfər), doktorantura (2nəfər) və tədqiqat işi (2 nəfər) üçün təhsilini davam etdirmək hüququ qazanıb. Müvafiq təqaüd proqramı barədə cari ilin 8 fevral tarixində elan verilib.
16/07/2019 14:47
Müəllimlərin işə qəbulu imtahanlarının növbəti günü
İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir. İmtahanlarda 3 280 namizədin iştirakı gözlənilir. Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib.Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib. İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər. İmtahanlar iyulun 24-dək davam edəcək.
16/07/2019 09:37
Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir
İyulun 15-də Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin xatirəsinin hər il böyük ehtiramla anıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı ümummilli liderin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Nazir müavini vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan təhsilinin bütün pillələrində mühüm nailiyyətlər əldə olunub, həmçinin gənclərin xaricdə təhsil imkanları genişləndirilib. Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi diqqət və qayğının hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna xidmətlərindən söz açıb, ümummilli liderlə bağlı bir çox tarixi məqamları qeyd edib. Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən əməkdaşlarının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.
15/07/2019 18:28
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib
İyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib. Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Həmçinin, görülən işlər nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb. Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir. Bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib. Qeyd edək ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
15/07/2019 16:15
Təhsil naziri Əfqanıstanın Ali Təhsil naziri vəzifəsini icra edən Abdul Tavab Balakarzai ilə görüşüb
İyulun 15-də Təhsil naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Ali Təhsil naziri vəzifəsini icra edən Abdul Tavab Balakarzai ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
15/07/2019 15:56
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
İyulun 8-dən müəllimlərin işə qəbulu imtahanlarına start verilib. Bu günədək imtahanlarda 15 797 namizəd iştirak edib. Təhsil televiziyasının “Təməl” verilişində müəllimlərin işə qəbulu ilə bağlı imtahan prosesinin gedişi, namizədlərin göstərdiyi nəticələr və digər məsələlər müzakirə olunur. Verilişin qonağı Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadədir.
15/07/2019 13:42
İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir
İyulun 15-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir. İbtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanları iyulun 18-dək davam edəcək. Qeyd edək ki, iyulun 13-də coğrafiya fənnindən keçirilən test imtahanında namizədlərdən Nəvai Qənbərov 58 bal toplayaraq yüksək nəticə əldə edib. İmtahanlar iyulun 24-dək davam edəcək.
15/07/2019 10:48
Məktəblimiz beynəlxalq olimpiadada bürünc medal qazanıb
7-14 iyul 2019-cu il tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb. Ölkəmizi təmsil edən şagirdlərdən Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadada uğurla iştirak edib. Merac Məmmədov bürünc medala layiq görülüb.
15/07/2019 09:41
Direktor olmaq istəyənlər üçün müsabiqə
İyunun 13-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib. Direktor olmaq istəyən şəxslər iyulun 19-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Direktor vəzifəsinə işə qəbul qaydaları ilə aşağıdakı video infoqrafikada tanış olmaq mümkündür.
13/07/2019 14:09
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı