• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

10 illik iştirak tarixində ən yaxşı nəticə

Məktəblilərimiz Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazandı Sentyabrın 9-13-də virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası keçirilib. 18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, yarışa qatılan 6 məktəblinin hər biri medala layiq görülüb. Bununla da məktəblilərimiz Yeniyetmələrin Balkan riyaziyyat olimpiadalarından 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal qazanıb. Qaliblər Bakı məktəbliləri - Təhsil Nazirliyinin tabeliyindəki  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, 257 nömrəli tam orta məktəbin və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləridir.   Bu yarışın qızıl medalçısı   Toğrul Abbasov bu yarışın qızıl medalçısıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdidir. 7-ci sinifdən olimpiadalara qatılır. Ölkə əhəmiyyətli və beynəlxalq olimpiadalardan qazandığı çoxlu uğurları var. İndiyədək 3 qızıl, 2 gümüş, 2 bürünc və 1 həvəsləndirici mükafata layiq görülüb. Virtual yarışda qazandığı bu son uğur o birilərdən fərqlənir: “Beynəlxalq müsabiqələrə əyani şəkildə qatılmaq daha maraqlıdır. Müxtəlif ölkələrə gedirik, çoxlu həmyaşıdlarımızla, ayrı-ayrı ölkələrin şagirdləri ilə tanış oluruq. Bu isə bizim dünyagörüşümüzə müsbət təsir edir. Olimpiada imtahanlarında isə yerindən, formatından asılı olmayaraq, stress, həyəcan olur. Bu baxımdan, onlayn keçirilən bu yarış da mənim üçün əvvəlkilər qədər həyəcanlı, stresli, qazandığım uğur isə əvvəlkilər qədər dəyərlidir”.     3 gümüş medal   Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında ölkəmizi təmsil edən komandanın tərkibində bir qız da var - Fidan Qarayeva. Hələ IX sinif şagirdi olsa da, təhsil ictimaiyyəti onu yaxşı tanıyır. 13 yaşında qatıldığı 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazandığı bürünc medalla həmin Olimpiadanın tarixinə adı ən gənc qalib kimi düşüb. Bu dəfə isə - Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında qazandığı gümüş medal onu fərqləndirdi. Sözügedən olimpiadada əvvəlki illərdə iki bürünc medal qazanan qızlarımız olsa da, onun medalı qız məktəblilərimizin indiyədək bu yarışda qazandığı ilk gümüşdür: “Pandemiyaya görə bu il mart ayından başlayaraq Beynəlxalq olimpiadalar virtual şəkildə keçirilir. Əlbəttə, ənənəvi formata daha çox üstünlük verirəm, çünki başqa ölkələrin olimpiadaçıları ilə tanış oluruq, imtahanlarda isə əsl yarış mühiti yaranır. Virtual formada keçirilməyinə baxmayaraq, Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadası çox yaxşı təşkil olunmuşdu. İmtahanda olimpiada mühitini hiss etdik. Bundan əvvəl virtual formada keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışdım”.     “Uğurlarımın əsasında məhz o hazırlıq dayanır” Beynəlxalq müstəvidə qazandığı uğurlarında beynəlxalq olimpiadalara hazırlıq mərkəzindəki hazırlığın rolunu istisna etməyən  Bakı məktəblisinin fikrincə, virtual imtahanlar ənənəvi imtahanlardan fərqlənməsə də, onlayn dərslər eyni effekti vermir: “5 ilə yaxındır ki, Beynəlxalq hazırlıq mərkəzində məşğul oluram və bugünkü uğurlarımın əsasında məhz o hazırlıq dayanır. Ən çox İsmət Ağayevin dərslərindən faydalandım. Sonralar başqa  müəllimlərin dərslərində də iştirak edirdim. Pandemiyadan sonra dərslər virtual keçirilir. Ona görə evdə müstəqil məşğul olmağa daha çox üstünlük verirəm. Atam riyaziyyatçıdır, məni hazırlaşdırır. Fikrimcə, olimpiadalara hazırlıq mərkəzində ənənəvi formada keçirilən dərslər daha effektlidir”. Qeyd edək ki, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bu tədris ilindən təhsilini Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirəcək.   “Azərbaycanı beynəlxalq olimpiadada təmsil etmək çox gözəl hissdir”   Amin Cəfərzadə də Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasının gümüş medalçısıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxuyur: “Karantinlə bağlı olaraq hazırlıqlarımız onlayn keçirilirdi. Buna baxmayaraq, səylə, ciddi hazırlaşdıq. Nəticəmiz də uğurlu oldu. Bu, ölkəni tərk etmədən beynəlxalq olimpiadada ilk iştirakım deyildi. Ötən il də iştirak etdiyimdən mənim üçün  daha rahat oldu. Azərbaycanı beynəlxalq olimpiadada təmsil etmək çox gözəl hissdir”.   Beynəlxalq bilik yarışının növbəti gümüş medalçısı Elçin Musazadə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdidir: “İlk dəfə  VI sinifdə oxuyarkən fənn müsabiqələrinə qatıldım. O yarışda qazandığım gümüş medal olimpiadada ilk uğurum oldu. Daha sonra olimpiada hazırlıq mərkəzində riyaziyyat ilə ciddi məşğul olmağa başladım. VIII sinifdə həm Yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında, həm də respublika olimpiadasında bürünc medal qazandım. IX sinifdə daha ciddi hazırlaşmağa başladıq.  Uğur qazandığımız bu sonuncu yarışda komanda olaraq yaxşı nəticə göstərdik”.     Və bürünc medalçılar   Şamil Mantaşlı onlardan biridir. O da Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir: “Məktəbimizdə təhsilə çox önəm verirlər. Yoldaşlarımızın çoxu müxtəlif olimpiadalarda fəal iştirak edirlər. Elə bu olimpiadada medal qazanan Toğrul və Amin də sinif yoldaşlarımdır. Bir sinifdən 3 nəfər iştirak etdik və üçümüz də uğur qazandıq”. Şamil Mantaşlı Fizika, riyaziyyat və informatika təmayüllü liseyə Binəqədi qəsəbəsindəki 182 saylı məktəbdən gəlib: “Liseyə imtahanla yüksək bal yığaraq qəbul olmuşam. Belə bir yarışda iştirak etmək həm qürurverici, həm də maraqlıdır. İlk dəfə beynəlxalq bir yarışda iştirak etdim. Həyəcanlıydım. Onlayn keçirilən bir yarışa da ilk dəfə qatılırdım. Amma hər kəs kimi, mən də medalçılardan olmağı bacardım. Bütün iştirakçıların  medal qazanması çox yaxşı oldu. Bundan sonra da öz üzərimdə çalışacağam. Daha çox çalışacağam ki, növbəti yarışlarda  ölkəmizi daha yaxşı təmsil edim”.     “Əsas hədəfim qızıl medal qazanmaqdır”   Cəlil Hüseynov da bürünc medalçıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdidir: “Aşağı sinifdə oxuyarkən bir çox bilik yarışmasının qalibi olmuşam. VI sinifdə riyaziyyat fənni üzrə məktəblilərarası IV Fənn müsabiqəsində I yerə layiq görülmüşəm. Həmin il Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında da I yerin qalibi olmuşam. 2019-cu ildə Amerikan Riyaziyyat Olimpiadasında I yer tutdum. Bütün bu nailiyyətlərimə baxmayaraq, respublika və beynəlxalq olimpiadaların qalibi olmaq istəyirdim. Bunun üçün də çox çalışmalıydım. Gün ərzində, demək olar ki, 7-8 saat riyaziyyatla məşğul olurdum. 2019-cu ilin sentyabr ayından Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində dərslərdə iştirak edirdim. Bunun nəticəsidir ki, bu il rəqiblərimin böyük əksəriyyətinin IX sinif şagirdləri olmasına baxmayaraq respublika fənn olimpiadasında (RFO) riyaziyyat üzrə bürünc medala layiq görüldüm. Məni daha çətin bir yarışma gözlədiyi üçün müəllimlərimlə birgə üzərimdə işləməyi dayandırmadım. Nəhayət, bu il Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) ölkəmizə bürünc medal qazandırmağa nail oldum. Mənim üçün ən uğurlu nailiyyətim bu olimpiadada qalib olmaq oldu. Ona görə ki, mən bu medalı həm öz, həm də ölkəmiz adına qazandım. Bu uğurum qürurvericidir. Bunu bir dəfə hiss etdikdən sonra davamı da olsun istəyirsən. Bundan sonra əsas hədəfim olimpiadalarda qızıl medal qazanmaqdır”.     “Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsidir”   Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev məktəblilərin son uğurunu yüksək dəyərləndirib. Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasındakı (JBMO2020) uğurunu bu olimpiada 10 illik iştirak tarixinin ən yaxşı nəticəsi hesab edib. Onun fikrincə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsində aşkar göründü: “Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsidir. Sabiq olimpiada qalibləri İsmət Ağayev, Anar Rzayev, Həsən Həsənzadə, Mirəli Əhmədli, Məhəmməd Şirinov, Cəfər Cəfərov və təbii, çox dəyərli Şəmsi müəllimin şagirdlərimizin yetişməsində danılmaz əməyinin nəticəsidir”. Şöbə müdirinin fikrincə, beynəlxalq olimpiadanın nəticəsi həm də respublika fənn olimpiadaları ilə bağlı rəy formalaşdırır: “Pandemiya ilə əlaqədar seçmə turu keçirilmədi. Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək milli komandaya RFO aşağı yaş qrupu qalibləri seçildi. Şagirdlərimizin bu nailiyyəti ölkədə təşkil edilən respublika olimpiadasının səviyyəsini bir daha təsdiqlədi. Bu qələbə həm də qaliblərin yorulmadan çalışqanlığı və onların dəyərli valideynlərinin əvəzsiz mənəvi dəstəyinin nəticəsidir”.   "Azərbaycan müəllmi"

"Dərs vaxtı"nın 18 sentyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Yeni tədris ilindən istifadəyə verilən yeni dərsliklər

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib.  Təhsil İnstitutu tərəfindən hazırlanmış yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif  “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır.  Digər dərsliklərdən fərqli olaraq, bu dərsliklərin dəstinə dərslik, müəllim üçün vəsait və iş dəftərindən əlavə olaraq valideynlər üçün tövsiyələr də daxil edilib.  Bu dərsliklərin daha bir fərqli cəhəti onların 2 hissəli, yəni hər hissəsi tədris ilinin bir yarımilini əhatə etməklə tərtib edilməsidir. Bu formatda tərtibat həm də şagird çantasının ağırlığının xeyli yüngülləşməsinə səbəb olur.  Cari tədris ilində kütləvi istifadəyə  verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır. Dərslik təhsilalanların dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsi məqsədilə dil daşıyıcıları tərəfindən səsləndirilən müvafiq audio-fayllarla müşayiət edilir. “Happy Campers” dərsliyi ölkəmizin “Xarici dil” fənni üzrə təhsil proqramına (kurikulumuna) uyğunlaşdırılıb və digər dərsliklər kimi ölkə üzrə seçilmiş pilot məktəblərdə sınaqdan keçirilib. Qeyd edək ki, sözügedən yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib. 

"Dərs vaxtı"nın 17 sentyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 17-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə pedaqoji heyətin İKT bilik və bacarıqları təkmilləşdirilir

Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edilir. Plana uyğun olaraq, İKT sahəsi üzrə 6 müxtəlif təlimin təşkili nəzərdə tutulub. Bu təlimlər MS Word, MS Powerpoint, MS Teams, Cisco, MS Excel, Kiber təhlükəsizlik və  Peşə Təhsili İnformasiya Sistemindən istifadə sahələrini əhatə edir. Ümumilikdə, ilin sonunadək davam edəcək təlimlərdə 4200-ə qədər müəllim-pedoqoji heyətin iştirakı nəzərdə tutulur. Peşə təhsili müəssisəsiləri üçün təşkil edilən təlimlər Sənayə və İnnovasiyalar üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır. Ötən dövrdə MS Word,  MS Powerpoint və MS Teams proqramları üzrə təşkil edilmiş təlimlərə 1200-dən artıq  iştirakçı qatılıb.

Peşə təhsili üzrə "Cisco" şirkəti ilə əməkdaşlıq genişləndirilir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və  “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı tədbir keçirilib. Tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov və Mərkəzin mühəndis-pedaqoji heyəti iştirak edib. Tədbir zamanı “Cisco” şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim olunub. Bildirilib ki, “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirib, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanıblar. Tədbirdə həmçinin “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında danışılıb.  Daha sonra informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün Mərkəzdə yaradılan imkanlar haqqında məlumat verilib. Hər iki tərəf arasında əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflər müzakirə edilib. “Cisco Şəbəkə Akademiyası”nın yeni məhsullarının təlimi, kurikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsinin qarşıda duran hədəflərdən olduğu qeyd edilib.

Apellyasiya Şurasının onlayn iclası

Sentyabrın 16-da Təhsil Nazirliyinin Apellyasiya Şurasının onlayn iclası keçirilib. İclasda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Ayşən Tağıyevanın müsahibə nəticəsi ilə əlaqədar şikayətinə baxılıb. İclasda müsahibə komissiyası üzvünün təqdim etdiyi məlumat əsasında şikayət araşdırılıb və təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul edilib.

"Virtual məktəb"lə bağlı alternativ müraciət vasitələri

Sentyabrın 15-dən etibarən “Virtual məktəb" layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib.  Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları yaradılıb. Belə ki, "Virtual məktəb"lə bağlı "Qaynar xətt" xidməti ilə yanaşı teams@tsii.edu.az elektron poçt ünvanına, virtual.edu.az vasitəsilə “Virtual bələdçi”nin tez-tez verilən suallar xidmətinə, “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə müraciət edə bilərsiniz.  Xatırladaq ki, pandemiya şəraitində vətəndaşların təhsil sahəsi ilə bağlı qarşılaşdıqları bir sıra çətinlikləri həll etmək, eləcə də onlara psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi mövcud xidmətlərini daha da təkmilləşdirir və yeni xidmətlər təqdim edir. Artıq bir müddətdir ki, istifadəyə verilən 146-3 "Qaynar xətt" xidmətinə mənəvi-psixoloji dəstəyə ehtiyacı olan şagirdlər, müəllimlər, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. Bu zaman hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunur. 146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. 

“Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib

Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı  istifadəyə verilib. Yenilənmiş saytın müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumat təqdim olunur: Təlimatlar – Saytda platformada fəaliyyətin təşkili ilə  bağlı müəllim və şagirdlər üçün ətraflı video təlimatlar təqdim olunub. Virtual bələdçi – Platformadan rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə saytda “Virtual bələdçi” xidməti mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər “Sualınız var?” bölməsinə keçid edib, onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər. Elanlar – “Virtual məktəb”də yeniliklər barədə məlumatlandırma məqsədi ilə elanlar bölməsi yaradılıb. Bu bölmədə mütəmadi olaraq keçiriləcək onlayn tədbirlər barədə xəbərlər yerləşdiriləcək. Müəllim bloqu – Saytda innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkan yaradılıb. Bu hissədə müəllimlər interaktiv alətlərlə keçirilən dərs nümunələri və təcrübələrini videoformatda təqdim edə biləcəklər. Elektron poçt və saxlanc – “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri

Boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə "SMS" bildiriş vasitəsilə məlumat göndərilib. Həmçinin, uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır. Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər  16 - 21 sentyabr (saat 18:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdən) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi və füzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir. Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 4-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilib. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19 128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5 014 şəxs, ümumilikdə isə 14 950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı