• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 13 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

12 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.    Tələbələrin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatının aparılması üçün qeyd edilən müddətədək https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur. Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Düşmənin hədəf aldığı uşaqlar

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib. Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və  Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Əlavə yerləşdirmə üzrə namizədlərin qeydiyyatı başa çatır

Oktyabrın 12-də müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin qeydiyyatı başa çatır. Namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan vaxtadək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar. Qeyd edək ki, sözügedən mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və 730 nəfər namizəd vakant yer tutub.

"Dərs vaxtı"nın 12 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

10 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Ali təhsil müəssisələrindən Azərbaycan Ordusuna dəstək

Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna  658 352 manat məbləğində vəsait köçürülüb. Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Ağcabədi və Şəki filialları bu təşəbbüsə qoşulublar. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırılmışdır. Bundan başqa, Təhsil Nazirliyinin əməkdaşları arasında hazırda düşmən hücumu nəticəsində zərər çəkmiş bölgələrə və mülki əhaliyə zəruri yardımın göstərilməsi məqsədilə könüllü yardım kampaniyası başladılıb. Zəfər sənindir, Azərbaycan əsgəri!

“World Skills” iqtisadi inkişafı dəstəkləyən bir vasitə” adlı vebinar keçirilib

“World Skills” Rusiyanın təşkilatçılığı və BMT-nin İnkişaf proqramının (BMTİP) dəstəyi ilə “‘World Skills” iqtisadi inkişaf üçün bir vasitə” adlı vebinar keçirilib.  Tədbirdə MDB məkanında fəaliyyət göstərən BMTİP-in təmsilçiləri, “World Skills” təşkilatına üzv dövlətlərin, eləcə də peşə təhsili sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.  Vebinarda “World Skills” təşkilatının yaratdığı imkanların insan kapitalının inkişafında, yeni texnologiyaların təşviqində və davamlı peşə təhsili sisteminin formalaşdırılmasında istifadəsi haqqında təcrübə mübadiləsi aparılıb.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və “World Skills İnternational” təşkilatına Azərbaycanın rəsmi nümayəndəsi Pərviz Yusifov çıxış edərək iştirakçılara Azərbaycanın peşə təhsili sistemi və “World Skills” çərçivəsində qarşıda duran hədəflər barədə məlumat verib.  Qeyd edək ki, sözügedən təşkilat dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə, üzvlüyünün təsdiqlənməsi gözlənilir.

9 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı