SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Dərs vaxtı"nın 6 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 6 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
05/11/2020 21:29
"Virtual məktəb"də məktəbəhazırlıq qrupları üzrə qeydiyyat
2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul olmuş şagirdlərin "Virtual Məktəb"də qeydiyyatı mümkündür. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar. Qeydiyyat və şifrə bərpası prosesləri bağlı ətraflı videotəlimatları təqdim edirik:
05/11/2020 17:08
Azərbaycan və Türkiyə mütəxəssisləri təhsil və vətənpərvərlik mövzusunu müzakirə edəcəklər
Noyabrın 7-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək. Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq. Seminar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.
05/11/2020 16:12
Məktəblilərimizdən 37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə
Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə, 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb.
05/11/2020 15:16
Peşə təhsili üzrə teledərslərin 6 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
05/11/2020 15:01
"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Nəcəf bəy Vəzirovdur. O, 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur. Nəcəf bəy bir müddət Bakı şəhər maarif şöbəsi rəisinin müavini işləyib və müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edib. O, Bakıda Kənd təsərrüfatı texnikumunda müəllimlik edib. Əsərlərinin qonorarını xeyriyyə cəmiyyətlərinə köçürən Nəcəf bəy deyirdi:“Bu mənim prinsipimdir. Hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
05/11/2020 12:02
"Dərs vaxtı"nın 5 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 5 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
04/11/2020 21:22
Yerli təhsili idarəetmə orqanları üçün "Virtual məktəb"də yeni nəzarət mexanizmi
Yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.
04/11/2020 15:45
"Virtual məktəb"də birinci sinif üzrə qeydiyyat
2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür. Belə ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar. Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür. Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır. Qeydiyyat prosesi ilə bağlı videotəlimatı təqdim edirik:
04/11/2020 12:21
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı