• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar, yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək. Belə ki, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır. Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.

Peşə təhsili alanlar ilk dəfə olaraq ixtisas dərslikləri ilə təmin ediləcək

2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır. İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır.     Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir. Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir. Ötən ildən etibarən ümumtəhsil bazasından qəbul mümkün olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çapına da başlanılıb. Ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə paylanılması yekunlaşmaq üzrədir. Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.

"Dərs vaxtı"nın 13 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Tələbələrin köçürülməsi prosesinə start verilir

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.   Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları ​

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari tədris ilində

2020-2021-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilib. Ümumi sayı 500-ə çatan bu qruplardakı 9207 nəfər 3-4 yaşlı uşaqlarla 486 tərbiyəçi-müəllim çalışır. Qeyd edək ki, cari tədris ilindən layihənin rəsmi saytı (www.icmalayihesi.edu.az) istifadəyə verilib. Saytda layihə, keçirilən təlimlər, müəllim və uşaqların qəbulu, məktəbəqədər təhsil barəsində ətraflı məlumatlar yer alır. Layihənin  rəsmi “Facebook” səhifəsi də (https://www.facebook.com/ieutm) aktivdir. Eləcə də, layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” internet səhifəsi  və mobil tətbiqi də fəaliyyət göstərir. Bu qruplarda çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor çalışır. Mentorlar sözügedən qruplarda tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımi dəstək göstərirlər. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər əsasən “Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi”, “Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri”, “Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası”, “Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi”, “Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?” və digər bu kimi mövzuları əhatə edib.

2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı

Türkiyə Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2021-ci ildir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Dərs vaxtı"nın 12 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil naziri ICESCO-nun Baş direktoru ilə görüşüb

Yanvarın 11-də təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Mohammed Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ICESCO ilə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub. Nazir həmçinin ötən ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qonaqların diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. Qeyd edək ki, Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Əl-Malikin işğaldan azad olunan ərazilərə səfər etməsi nəzərdə tutulur.  

"Məktəblinin dostu"nun 2020-ci ildə fəaliyyəti

2020-2021-ci tədris ilində “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. 2020-ci ildə “Məktəblinin dostu” olmaq üçün 648 nəfər müraciət edib. Onlardan 116 nəfəri müsahibə və təlim mərhələsindən uğurla keçərək işə götürülüb. Pandemiya şəraitində ənənəvi təhsilin davam etdiyi dövrdə məktəblinin dostları tərəfindən ümumi təhsil müəssisələrində sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilib. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılıb. 2020-ci ildə 65 nəfər Bakı, 10 nəfər Sumqayıt, 49 nəfər regionda olmaqla, ümumilikdə 124 “Məktəblinin dostu” müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsində iştirak edib. 110 məktəblinin dostu “Yüksəliş” müsabiqəsinin təşkilinə töhfə verib. Ötən il ərzində layihə çərçivəsində 156 şagirdə psixoloji dəstək göstərilib. 124 şagirdə psixoloji, 45 müəllimə isə “Burn-out” sindromu mövzusunda təlimlər keçirilib. 140 nəfərə fərdi psixokorreksiya və psixoloji konsultasiya xidməti göstərilib. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

“Xəmsə möcüzəsi” beynəlxalq rəsm müsabiqəsi

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 11 yanvar – 18 fevral tarixlərində keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilər. “Bədii qiraət nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: - İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər; - Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır; -  Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır; -  İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır. “Bədii qiraət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixinədək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 "Whatsapp" nömrəsinə göndərilməlidir. “Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: -   İşlərin işlənmə texnikası sərbəstdir; -    İşlərin formatına məhdudiyyət qoyulmur; -   İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır. "Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixədək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994)050-367-47-04 "Whatsapp" nömrəsinə göndərilməlidir. Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən, digər media qurumlarında geniş işıqlandırılacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı