• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 21 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

20 Yanvar faciəsinə həsr olunmuş “dəyirmi masa”lar təşkil edilib

Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar “dəyirmi masa”lar təşkil edib. Tədbirlərdə vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Onlayn keçirilən “dəyirmi masa”larda uşaqlara xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Tədbirlərdə Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin uca tutulmasından və şəhid ailələrinə göstərilən xüsusi diqqətdən bəhs olunub. Dərnək üzvlərinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin aparılmasının müvəqqəti qaydası təsdiq edilib

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib. Qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir. Qaydaya əsasən II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır. Qaydaya görə, üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq təmin olunmalıdır. Distant formada summativ qiymətləndirmənin təşkili zamanı Microsoft Teams ilə yanaşı, Zoom, Whatsapp, Skype və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər. 2020-2021-ci tədris ilinin II yarımilində tədrisin və təlim-tərbiyənin distant (məsafədən) və ya əyani formada təşkil olunmasından asılı olmayaraq, diaqnostik və formativ qiymətləndirmələr də təşkil olunmalıdır. “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar "Biz sizə borcluyuq, igid şəhidlər!" adlı virtual sərgi təşkil edib. Məqsəd xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsini yad etmək, şərəf və qəhrəmanlıq səhifəsi kimi tarixə yazılan bu günü uşaq və gənclərə aşılamaqdan ibarət olub. Mərkəzin yetirmələrinin hazırladıqları 30-a yaxın rəsm işi Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi "Nəbz" adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb. Uşaqlar öz rəsmləri vasitəsilə Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını ifadə edib, müstəqil ölkənin övladları kimi onlara borclu olduqlarını bildiriblər.                

"Dərs vaxtı"nın 20 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn respublika şahmat turniri təşkil olunacaq. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirak üçün Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və şahmat klublarından yüz nəfərdən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışa 19 yanvar saat 18:00-da start veriləcək. 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında keçiriləcək turnirin qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar. Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (blitz) üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin  artırılmasından ibarətdir.

6 278 106 dərs "Virtual məktəb"də

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 10-16 yanvar tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 442 203, müəllimlərin sayı 128 132, aktiv istifadəçi sayı 1 170 528, həftə ərzində platformada keçirilmiş dərslərin sayı  6 278 106 təşkil edib.

Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus "Yeni çağırışlar"da

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusdur. "Yunus Centre"nin tərəfdaşlığı ilə baş tutacaq görüş  26 yanvar saat 18:00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. 2006-cı ildə Məhəmməd Yunus və onun yaratdığı Qramen Bankı (Grameen Bank) milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün Nobel Sülh mükafatına layiq görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünsə də, Məhəmməd Yunus bunu reallığa çevirib. Professorun mikrokredit ideyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Bir çox tanınmış universitetlərdə çıxış üçün dəvət alan professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, bir çox ölkədən olan insanın təhsil almasını dəstəkləyir. 50-dən çox şirkətin qurucusu olan Məhəmməd Yunus “Wharton” biznes məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları”,“Fortune” jurnalının “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında yer alıb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu 20 dahi asiyalıdan biri seçib. Məhəmməd Yunus 2008-ci ildə Böyük Britaniyanın “Prospect” və ABŞ-ın “Foreign Policy” jurnalları tərəfindən keçirilmiş açıq onlayn səsverməyə əsasən, “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Məhəmməd Yunus həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan Yunus Sosial Biznes Mərkəzi (YSBM) fəaliyyət göstərir. Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən  tanış ola bilərsiniz.

"Unutmadıq! Unutmayacağıq!" onlayn respublika şeir müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Unutmadıq! Unutmayacağıq!” adlı onlayn respublika şeir müsabiqəsinə yekun vurulub. Müsabiqənin əsas məqsədi 20 Yanvar faciəsi haqqında uşaq və gəncləri məlumatlandırmaq, şəhidlərimizin xatirəsini yad etmək, istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub. COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə 2 mərhələdə keçirilib. Müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 52 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən 200-ə yaxın şeir nümunəsi göndərilib. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif ediliblər.

Təltif edilən şəhid təhsil işçiləri

44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı