SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tender nəticələri barədə bildiriş
Təhsil Nazirliyi tərəfindən 23 iyul 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən, nəticələri:
- “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;
- “Məktəb fəaliyyətinin təşkili və planlaşdırma üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi Odlar Yurdu Universiteti olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;
- “Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Psixologiya Elmi Tədqiqat İnstitutu” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.