• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb.

Bununla bağlı sənədlərin qəbulu sentyabrın 1-dək davam edəcək. İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: Seçilən peşənin adı göstərilməklə direktorun adına ərizə Təhsil haqqında sənədin əsli İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə Yaşayış yerindən arayış 3 x 4 sm. ölçüdə 4 ədəd fotoşəkil

Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri

Tapşırığın adı: Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL), Layihənin Əlaqələndirmə Qrupu (LƏQ) İcra müddəti: 2011-2013 Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir: TSİİL-də nəzərdə tutulmuş bütün növ satınalma prosesinin Dünya Bankı təlimatlarına, habelə Dünya Bankı təlimatları ilə ziddiyyət təşkil etmədiyi halda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilməsini təmin etmək; Bütün satınalmaları Dünya Bankının prosedurlarına, Layihənin Dəyərləndirmə Sənədində və Kredit Sazişində  verilmiş təlimatlara, habelə Dünya Bankının Tapşırıq Rəhbərinin və ya Satınalmalar üzrə Mütəxəssisinin spesifik göstərişlərinə uyğun təşkil etmək; Satınalmalar üzrə təlimatlara, metodlara, icra müddətlərinə və bu kimi digər məsələlərə dair alt-komponent koordinatorları (AKK) və Təhsil Nazirliyinin müvafiq rəhbər işçilərini zəruri materiallarla təmin etmək; TSİİL-in Satınalma Planını hazırlamaq/yeniləşdirmək, Təhsil Nazirliyinə, Dünya Bankına göndərilməsi üçün LƏQ direktoruna təqdim etmək; Hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət cədvəlini hazırlamaq, satınalmaların həyata keçirilməsində AKK-lərlə sıx əməkdaşlıq qurmaq, satınalmalarla bağlı bütün zəruri tədbirləri həyata keçirmək. İxtisas tələbləri: Ali təhsili; Satınalmalar sahəsində azı 2-illik iş təcrübəsi; Dünya Bankının layihələrində və ya digər beynəlxalq layihələrdə azı 2 illik iş təcrübəsi; Azərbaycan və ingilis dillərini mükəmməl bilməsi; Kompüterdən mükəmməl istifadə bacarığı. Tələb olunan sənədlər: Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 12 sentyabr 2011-ci il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59/60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Avropa Şurası mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün kurslar təklif edir

Avropa Şurası 10-14 oktyabr 2011-ci il tarixlərində mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində Strasburqda aşağıdakı sahələrdə 1 (bir) həftəlik kurslar təklif edir:   Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş; İqlim dəyişikliyi: əsas bilgilər və risklərin idarə olunması; İqlim riskinin enerji tərəfləri və sağlamlığa təsiri: Sahara səhrasının nümunəsi; Qitələrdə su dövriyyəsi, rütubətli ərazilərin ekologiyası; Mərcan rifləri və iqlim tendensiyaları; Su ehtiyatları: içməli su, su təmizləmə şəbəkələri; Meydana çıxan virus xəstəlikləri və iqlim dəyişikliyi; Bakterioloji xəstəliklər; Fövqəladə hallarda tibb (yuxarı tənəffüs yolları ilə yayılan xəstəliklər); Beynəlxalq kontekstdə iqlim dəyişikliyinin sosial-iqtisadi aspektləri.   Daha ətraflı məlumatları və ərizə formalarını www.coe.int/europarisks internet səhifəsindən əldə etmək olar. Sənədlər 15 sentyabr 2011-ci il tarixinədək Avropa Şurasının Katibliyinə təqdim oluna bilər.  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri üçün aşağıdakı istiqamətlər üzrə magistr proqramları təklif edir:

1. İnkişaf Siyasəti üzrə Magistr Proqramı (Dövlət Siyasəti və İdarəçiliyi üzrə Koreya İnkişaf İnstitutu -13 ay) 2. Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramı (Ajou Universiteti nəzdində Beynəlxalq Araşdırmalar üzrə Ali Məktəb – 16 ay) Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı və həmçinin müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı; ingilis dilini yüksək səviyyədə bilməli; tibbi cəhətdən sağlam olmalı; namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Valiyev, tel: 496-34-14 ) İnkişaf Siyasəti üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 14 oktyabr 2011-ci il tarixinə qədər, Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər isə 31 oktyabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər. QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da əlavə olaraq Təhsil Nazirliyinə təqdim etməlidirlər.  

“Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması” mövzusunda Abşeron və Dağlıq Şirvan iqtisadi rayonlarının təhsil rəhbərləri üçün təlimin keçirilməsinə dair marağın ifadəsi üçün dəvət

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   “ÜMUMİ TƏHSİLDƏ KURİKULUM İSLAHATI VƏ ONUN İDARƏ OLUNMASI” MÖVZUSUNDA ABŞERON VƏ DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONLARININ TƏHSİL RƏHBƏRLƏRİ ÜÇÜN TƏLİMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Ümumi təhsildə kurikulum islahatına dəstək olaraq təhsil rəhbərləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri:    Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumları üzrə təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.   İcra müddəti: iyun-avqust 2012-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il oktyabrın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması” mövzusunda Gəncə-Qazax, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarının təhsil rəhbərləri üçün təlimin keçirilməsinə dair marağın ifadəsi üçün dəvət

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   “ÜMUMİ TƏHSİLDƏ KURİKULUM İSLAHATI VƏ ONUN İDARƏ OLUNMASI” MÖVZUSUNDA GƏNCƏ-QAZAX, ŞƏKİ-ZAQATALA VƏ QUBA-XAÇMAZ İQTİSADİ RAYONLARININ TƏHSİL RƏHBƏRLƏRİ ÜÇÜN TƏLİMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Ümumi təhsildə kurikulum islahatına dəstək olaraq təhsil rəhbərləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri:     Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumları üzrə təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.   İcra müddəti: iyun-avqust 2012-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il oktyabrın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:   müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

“Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması” mövzusunda Lənkəran, Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarının təhsil rəhbərləri üçün təlimin keçirilməsinə dair marağın ifadəsi üçün dəvət

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   “ÜMUMİ TƏHSİLDƏ KURİKULUM İSLAHATI VƏ ONUN İDARƏ OLUNMASI” MÖVZUSUNDA LƏNKƏRAN, ARAN VƏ YUXARI QARABAĞ İQTİSADİ RAYONLARININ TƏHSİL RƏHBƏRLƏRİ ÜÇÜN TƏLİMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Ümumi təhsildə kurikulum islahatına dəstək olaraq təhsil rəhbərləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri:   Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumları üzrə təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.     İcra müddəti: iyun-avqust 2012-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il oktyabrın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Avropa Şurasının Pestalozzi proqramı çərçivəsində 2011-ci il üçün elan edilmiş təlimlər

Avropa Şurası tərəfindən Pestalozzi proqramı çərçivəsində hər il müxtəlif növ təlim proqramları və seminarlar təşkil olunur. Təlim proqramları, modul və seminarların məqsədi təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsidir. Bu proqramlar əsasən orta məktəb müəllimləri və orta məktəb sektorunda çalışan şəxslər üçün nəzərdə tutulmuşdur və iştirakçıların beynəlxalq nəqliyyat, eləcə də tədbir müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir.  Adı çəkilən tədbirlərdə Avropa Mədəniyyət Konvensiyasına üzv olan ölkə olaraq Azərbaycandan olan namizədlər də iştirak edə bilir. Pestalozzi proqramının rəsmi internet səhifəsində (www.coe.int/pestalozzi) seminar və təlim proqramları, eləcə də iştirak qaydaları barədə məlumatlar müntəzəm olaraq yerləşdirilir. Növbəti 2011-ci ildə proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan yeni təlim, modul və seminarlar barədə məlumatları da qeyd olunmuş internet ünvanından əldə etmək mümkündür.  Pestalozzi proqramının təlim və seminarlarında iştirak etmək arzusunda olan namizədlər yuxarıda göstərilən internet səhifəsindən ərizə formasını yükləyərək onu konkret bir proqram üzrə müəyyən edilmiş son müraciət tarixindən ən azı 5 gün öncədən Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova; tel: 496 33 11 - daxili nömrə: 248) təqdim etməlidir. Qeyd: natamam şəkildə doldurulmuş ərizələr və proqram çərçivəsində hədəf qrupa uyğun gəlməyən namizədlərin sənədləri nəzərə alınmayacaqdır. Ərizə formasında göstərilən National Liaison Officer bölməsi doldurulmamalıdır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə elan edir

İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas fənləri üzrə müəllim və istehsalat təlim ustası vakant yeri tutmaq üçün qaydalar:  1. İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə-ixtisas fənləri üzrə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir; 2. Müsabiqə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilir; 3. Müsabiqədə vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış mütəxəssislər iştirak edə bilərlər; 4. Elanda göstərilən vakant yerlərə sənəd qəbulu 03-14 oktyabr 2011-ci il tarixlərdə H. Əliyev prospekri, 81 ünvanda yerləşən 3№-li Bakı Peşə Liseyində həyata keçirilir; 5. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsabiqədə iştirak       etməyənlər üçün təkrar müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər; 6. Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək stajı olanlara, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük verilir; 7. Müsabiqə iştirakçıları ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk-peşə ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər; 8. Müsabiqə komissiyasının qərarı ilə müəyyən edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədən keçən şəxs ilə əmək müqaviləsi bağlayır. İştirakçının sənədləri onun iş yerinə göndərilir; 9. Müsahibənin nəticələri barədə şikayətlərə müsahibə  komissiyasının işı yekunlaşdıqdan sonra bir həftə ərzində baxılır. Müsahibədə iştirak etmək üçün aşağıda göstərilən sənədlər təqdim olunur: Azərbaycan Respublikası Təhsil Nazirinin adına ərizə; Təhsil sənədi (əsli, surəti əlavə olunur); Əmək kitabçasının surəti; Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur); Sağlamlıq haqqında arayış (istehsalat təlimi ustaları üçün peşənin tələblərinə uyğun); Kadrların şəxsi uçot vərəqi.   Əlaqə telefonları : 566-56-40; 514-07-51 Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin siyahısı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqənin keçirilməsi barədə elan

1. Müsabiqə 29 oktyabr 2011-ci il tarixdə saat 10:00-da başlanır 2. Müsabiqə saat 11:00-da bitir   Müsabiqənin keçirilməsi qaydaları:   1. Müsabiqə iştirakçıları test sualları olan vərəqlərin hər birini imzalayırlar 2. Sonuncu vərəqdə hər iştirakçı adını, soyadını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini qeyd edir, müsabiqənin keçirilmə tarixini yazır 3. Test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunur 4. Test müsabiqəsinin cavabları və qaliblər müsabiqənin vaxtı bitdikdən sonra 2 saat ərzində elan olunur 5. Bir düzgün cavab bir balla qiymətləndirilir 6. Səhv cavab düzgün cavabı ləğv etmir 7. Eyni yerə bir neçə namizəd olarsa, üstünlük daha çox bal yığana verilir. Ballar eyni olarsa, qalib müshaibə yolu ilə müəyyən edilir 8. Eyni göstəricilərə malik iştirakçılarla müsahibə müsabiqədən sonrakı ilk iş günündə Təhsil Nazirliyində aparılır və yekun qərar müsahibə günündə elan olunur   Ünvan :   8-ci mikr. Heydər Hüseynov küçəsi, 17A 18 nömrəli Bakı Peşə Liseyi  Tel : 561-34-89             

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı