SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Koreya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!
Oktyabrın 20-də Bakıda Koreya universitetlərinin Təhsil sərgisi keçiriləcək. "Hyatt Hotel"in Şuşa konfrans zalında təşkil olunacaq sərgi saat 14:00-dan 18:00-a qədər davam edəcək. (Ünvan: Bakıxanov küçəsi 1, tel: 496-12-34). Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi, SEBA və Koreya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreyanın 13 nüfuzlu ali təhsil müəssisəsi - Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED), Koreya, Sunçunyanq, Kyunq Puk Milli, Mokpo Milli, Pusan Milli universitetləri və s. iştirak edəcək. Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.
08/07/2015 16:52
31 oktyabr – 1 noyabr 2009-cu il tarixlərində Bakıda Malayziya Universitetlərinin Təhsil Sərgisi keçiriləcəkdir.
Sərgidə Malayziyanın aşağıdakı ali təhsil müəssisələri iştirak edəcəklər: • Malayziya Kebangsaan Universiteti • Malayziya Putra Universiteti • Multimedia Universiteti • Curtin Texnologiya Universiteti • Limkokwing Yaradıcı Texnologiya Universiteti • Kasturi Beynəlxalq Kolleci Sərgi saat 10:00 – 18:00-da Hyat Regency otelinin Bakı zalında keçiriləcəkdir. Ünvan: Bakıxanov küç.1, AZ 1065. Məlumat üçün qeyd edək ki, Malayziya universitetləri xaricdən gəlmiş tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.
08/07/2015 16:52
Almaniyanın Höte İnstitutu tərəfindən Alman dili müəllimləri üçün 2010-cu il üzrə Almaniyada təkmilləşdirmə kurslarında iştirak etmək məqsədi ilə təqaüdlər ayrılacaqdır.
Proqram üçün tələblər aşağıdakı kimidir: • namizəd 2006-2009-cu illərdə Almaniyada elan edilmiş hər hansı bir təqaüd proqramının iştirakçısı olmamalı; • proqramda iştirak edəcək namizəd Azərbaycana qayıtdıqdan sonra ən azı 6 il ərzində Alman dili müəllimi olaraq fəaliyyətini davam etdirməlidir. Bundan başqa, proqramda iştirak edəcək müəllimlər Höte İnstitutunun Azərbaycanda keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak etməli və seminarlarda əldə etdikləri bilik və təcrübəni öz ölkələrində tətbiq etməlidirlər. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 6 noyabr tarixinə qədər Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə təqdim etməlidirlər. Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.goethe.de/ins/ge/tif/lhr internet səhifəsindən əldə edə bilərsiniz. Ərizə formalarını, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyindən də əldə etmək mümkündür.
08/07/2015 16:52
Avstriya Respublikasının Federal Elm və Tədqiqat Nazirliyi tərəfindən 2010-2011-ci tədris ili üzrə xarici tələbələr və tədqiqatçılar üçün aşağıdakı ixtisaslar üzrə qrant proqramları elan edilib.
• təbiət elmləri; • texniki elmlər; • tibb; • kənd təsərrüfatı, meşəçilik və baytarlıq; • sosial elmlər, hüquq və iqtisadiyyat; • humanitar elmlər və teologiya; • incəsənət Qrantlar üçün müraciət etmək istəyən namizədlər www.grants.az internet səhifəsindən müvafiq bölmələri seçərək ətraflı məlumat əldə edə bilərlər. s
08/07/2015 16:52
British Council 2010-cu il üçün Con Smit Təqaüd Proqramını elan edir.
Artıq dördüncü ildir ki, azərbaycanlı gənclər Con Smit Təqaüd Proqramında iştirak edirlər. Hər il 3 nəfər azərbaycanlı gənc Birləşmiş Krallıqda 5 həftəlik intensiv proqram çərçivəsində idarəetmə, demokratiya və sosial ədalət sahəsində biliklərə yiyələnir. Bu təqaüd proqramı tədris, iş yerlərində təcrübə və Böyük Britaniyanın demokratiya təcrübəsinə yiyələnməyə imkan verən görüşlərdən ibarətdir. Proqram demokratik dəyərləri təbliğ etməyə marağı və bacarığı olan, siyasət, yerli idarəetmə, yaxud vətəndaş cəmiyyəti sahələrində aparıcı vəzifələrdə çalışanlar üçün nəzərdə tutulub. Uğurlu namizədlər üçün ingilis dilinin minimum səviyyəsi İELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) 6 baldır. Müsahibədən keçən namizədlərin seçim prosesinin son mərhələsində İELTS imtahanının verilməsi tələb oluna bilər. Bu proqram Con Smit Xatirə Fondu, British Council və Konstitusiya İşləri üzrə Departamentin (Böyük Britaniya Ədliyyə Nazirliyi) birgə proqramıdır. Con Smit Xatirə Fondu heç bir siyasi partiyadan asılı olmayan müstəqil xeyriyyə cəmiyyətidir. Siyasi sahədə, yerlı idarəetmədə, media və ya vətəndaş cəmiyyətində çalışan, demokratik dəyərləri və idarəetməni inkişaf etdirməkdə marağı olan 25-40 yaşlı şəxslər ideal namizəd hesab olunurlar. Sənədlərin qəbulu 9 noyabr 2009-cu ildə başa çatır. Proqram barədə ətraflı məlumatı http://www.britishcouncil.org/az/azerbaijan-education-study-in-uk-john-smith.htm saytından və Proqramlar üzrə menecer Natiq Hacıyevdən ala bilərsiniz. Tel: 4971593; 4972013. Faks: 4989236 E-mail: natig.hajiyev@britishcouncil.az Http://www.britishcouncil.az
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turu 14 noyabr 2009-cu il tarixdə saat 10:00-da Bakı Slavyan Universitetində keçiriləcəkdir.
Olimpiada iştirakçilarının qeydiyyatı saat 9:00-dan 9:50-yə kimi aparılacaqdır.
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ewha Qadınlar Universitetində beynəlxalq elmlər üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyununa qədər) magistr proqramı elan edir.
Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: · namizəd ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · tibbi cəhətdən sağlam olmalı; · namizədin yaşı 35-dən aşağı olmalı; · namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (əgər varsa); iş haqqında arayış (əgər varsa); şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil. QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Ewha GSIS ərizə formasını http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını, həmçinin aşağıdakı linklərdən yükləyə bilərsiniz: KOICA application form Program information Application checklist Application form Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 19 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Koreya İnkişaf İnstitutunun Dövlət Siyasəti və İdarəetmə Məktəbində Dövlət siyasəti üzrə 13 aylıq (2010-cu ilin yanvarından – 2011-ci ilin yanvarına qədər) magistr proqramı elan edir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: · namizəd ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · tibbi cəhətdən sağlam olmalı; · namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Koreaya İnkişaf İnstitutunun ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (əgər varsa); iş haqqında arayış (əgər varsa); şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; CV. QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz: KOICA application form Program information Application checklist and form Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 19 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Koreya Universitetində Beynəlxalq İnkişaf üzrə 13 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin fevralına qədər) magistr proqramı elan edir.
Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: · namizəd ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · tibbi cəhətdən sağlam olmalı; · namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir: Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOİCA və KUGSİS ərizə formaları; əsaslandırma (motivasiya) məktubu; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; xarici pasportun surəti; iki ədəd tövsiyə məktubu; TOEFL, TOEIC və ya IELTS sertifikatı; iş haqqında arayış (əgər varsa). KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını, həmçinin aşağıdakı linklərdən yükləyə bilərsiniz: Program information Application guideline Kugsis application form KOICA application form QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 13 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ajou Universitetində Beynəlxalq ticarət və beynəlxalq biznes üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyuluna qədər) magistr proqramı elan edir.
Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: · namizəd ali təhsilli olmalı; · ingilis dilini yüksək səviyyədə bilməli; · tibbi cəhətdən sağlam olmalı; · yaş həddi 35-dən aşağı olmalı; · namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ajou Universitetinin ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı;; xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; CV. QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz: Program information KOICA application form Application form for trade applicants Application form for business applicants Detailed curriculum Reccomendation form Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 25 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
08/07/2015 16:52
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı