SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” layihəsi
Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR) layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçiriləcək. Tədbirin məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə ikili dərəcələrin qazanılması haqqında geniş məlumatın verilməsidir. Tədbirdə ölkəmizin ali təhsil müəssisələrində “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya” və “Biologiya” ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və 1-ci kurs magistrantları iştirak edə bilər. Tədbir 2017-ci il 25 sentyabr tarixində saat 11.00-dan–14.00-dək Bakı Dövlət Universitetinin dəyirmi zalında (yeni korpus, 1-ci mərtəbə) keçiriləcəkdir. Əlavə məlumat üçün: Yaşar Ömərov - əlaqələndirici şəxs, telefon (012) 599 11 55 (daxili nömrə 5168), email - yashar.omarov@edu.gov.az
18/09/2017 17:25
SABAH qruplarına İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə tələbə qəbulu elan olunur
SABAH qrupları 2017/2018-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İngilis bölməsi üzrə tələbə qəbulu müsabiqəsini açıq elan edir! Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müvafiq ixtisas üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin hər iki semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Tələbələr üçün müəyyən olunmuş son qeydiyat tarixi 11 senyabr 2017-ci ildir. QEYD: Hər iki semestr nəticələrinin göstərildiyi akademik transkriptin yüklənməsi tələb olunur. Akademik transkriptdə hər semestr üzrə ÜOMG ayrı-ayrılıqda göstərilməlidir. Qeydiyyatdan keçən zaman müvafiq xanaya yalnız birinci semestr üzrə ÜOMG qeyd olunmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur. 2017/2018-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış olmağınız tövsiyə olunur. Elektron ərizəyə keç
09/09/2017 16:21
Açıq tenderin nəticələri barədə
2017/2018-ci tədris ilinə ümumtəhsil məktəblərinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapına dair keçirilmiş açıq tenderin nəticələri barədə Azərbaycan Respublikası Təhsil Nazirliyində ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin 2017/2018-ci tədris ilində əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satınalınması üzrə keçirilmiş açıq tenderin qalibləri “Təhsil NP” MMC, “AspoliqrafLTD” MMC, Çaşıoğlu Eİ MMC, “Şərq-Qərb ASC” və “Radius” MMC olmuş və həmin müəssisələr ilə müvafiq satınalma müqavilələri bağlanmışdır.
25/08/2017 14:29
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – “Təhsil Nazirliyi”) dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqənin mövzuları aşağıdakılardır: • Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləş¬dirilməsi; • Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; • Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; • Məktəb-icma(valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi; • Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; • İstedadlı uşaqlarla işin təşkili; • Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi; • Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili; • Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; • Məktəblərarası əməkdaşlığın inkişafı. Layihələrin müddəti: Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər. Layihələrin məbləği: Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır. Layihələrin təqdim olunmasına dair əsas tələblər: • Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. • Fərdi kateqoriya üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir. • Təhsil Nazirliyi ilə müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər. Müsabiqənin müddəti: • Layihə təklifləri 2017-ci il avqust ayının 15-dən başlayaraq təqdim edilə bilər. Layihə təkliflərinin qəbulu üçün son tarix: aşağıda qeyd edilən sənədlər doldurulmaqla 10 sentyabr 2017-ci il, saat 18:00 gec olmayaraq grants@edu.gov.az elektron poçtuna göndərilməlidir. • Layihə təklifləri “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır. • Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Müraciət üçün təqdim olunmalı sənədlər 1) Ümumi təhsil müəssisələri kateqoriyası üzrə - 1 nömrəli əlavə – Ərizə forması - 2 nömrəli əlavə – Layihə təklifinin forması - 5 nömrəli əlavə – Xərclər smetası - 6 nömrəli əlavə – İcra planı 2) Fərdi kateqoriya üzrə - 3 nömrəli əlavə – Ərizə forması - 4 nömrəli əlavə – Layihə təklifinin forması - 5 nömrəli əlavə – Xərclər smetası - 6 nömrəli əlavə – İcra planı Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 şəhəri, Telefon: (+99412) 599 11 55 / 5166 Faks: (+99412) 496 06 47 Email: grants@edu.gov.az
15/08/2017 15:34
Kotirovkalar sorğusunun nəticələri barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Dostluq trading” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 01 avqust 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.
01/08/2017 15:39
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqənin II mərhələsi
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqənin ikinci mərhələsi başlayıb. Avqustun 8-də 220 nömrəli məktəb-liseydə keçiriləcək müsabiqənin II mərhələsində namizədlərə elektron formada (kompüter əsaslı) 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək. Müsabiqə ilə bağlı məlumatlar namizədlərin onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndərilib. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Müsabiqə ilə bağlı suallarla telim@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Sual nümunələri
31/07/2017 12:44
Kotirovkalar sorğusunun nəticələri barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mebel avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 26 iyul 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.
27/07/2017 15:14
2017-2018-ci tədris ilində respublikanın rayon və şəhərlərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat
23/07/2017 03:04
Böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunda vakant böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir: Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ rəngli foto şəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 20 iyul 2017-ci il tarixdən 03 avqust 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefon: 599-11-55 (5228) Hüquq şöbəsinin Normativ hüquqi təminat sektoru, böyük məsləhətçi Vəzifənin kodu: Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49. İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 530 manat Qulluq funksiyaları: Normativ hüquqi aktların layihələrinin hazırlanması; Nazirliyin digər struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin qanunvericiliyin tələbinə uyğun olmasının yoxlanılması və nəticəsinə əsasən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən məcburi hüquqi ekspertiza rəyinin hazırlanması; Nazirliyin Kollegiyasının qəbul etdiyi və normativ hüquqi akt hesab edilən qərarların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri sənədlərin hazırlanması; digər struktur bölmələr tərəfindən hazırlanmış əmr, müqavilə və digər sənəd layihələrinin qanunvericiliyə uygunluğunu yoxlamaq məqsədilə həmin layihələrə rəy verilməsi; təhsil orqanlarının və müəssisələrinin fəaliyyətlərinin həyata keçirilməsi zamanı qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış çətinliklərə hüquqi rəy və izah verilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) baxılması; təhsil müəssisələrinin nizamnamə layihələrinə rəy verilməsi; şöbənin fəaliyyətinə dair hesabatların və iş planlarının hazırlanması; vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması; şöbəyə daxil olan müraciətlərin məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılması və müvafiq qaydada cavablandırılması. Vəzifənin tutulması şərtləri: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil; Ixtisas üzrə 1 (bir) il iş staj MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. - orta-yüksək səviyyədə; rus dili – orta səviyyədə, ingilis dili – orta səviyyədə
19/07/2017 17:20
Mal və materialların kotirovkalar sorğusuna dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 11 iyul 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
03/07/2017 17:21
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı