• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün Təqaüd Proqramı

  İslam İnkişaf Bankı (İİB) 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir. Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə). Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır.   Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmaları və 15.02.2018-ci il 12:00-a kimi tələb olunan bütün sənədləri İqtisadiyyat Nazirliyinə (əlaqələndirici şəxs Elnur Şükürov – tel:0124938867, daxili 2036, e-poçt: elnur.shukurov@economy.gov.az) təqdim etmələri xahiş olunur.   Ətraflı məlumat üçün: http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08 

2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya Hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir: Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura Tədris dili: İngilis və ya latış Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/ ) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri əlavə etməlidirlər.   Tələb olunan sənədlər: • ərizə forması; • CV (tərcümeyi-hal); • niyyət məktubu; • təhsil sənədlərinin və qiymət cədvəllərinin surəti; • 2 ədəd tövsiyə məktubu; • təqaüd ərzində dərs planı; • xarici dil sertifikatının surəti; • şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;   Maliyyə şərtləri: Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır. Ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/   İxtisas və universitetlərlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://www.studyinlatvia.lv/niid_search?level_1=&qy=&x=73&y=7   Seçim prosesi: Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.   Son müraciət tarixi: 01.04.2018 Əlaqədar şəxs: Ms. Aija Jakovica (DTİA-nın əməkdaşı) Tel: + 371 67814331, e-mail: scholarships@viaa.gov.lv

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018/19-cu tədris ili üzrə təqaüd proqramı elan edir   Təhsil səviyyəsi: Magistratura Tədris dili: İngilis dili İxtisaslar: Heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi Qarşılanan xərclər: Təhsil haqqı, yaşayış xərci və tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Son müraciət tarixi: 28.02.2018   Qeyd: Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlər REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlaya bilərlər.   Ərizə forması

Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir.

Təhsil Nazirliyi  vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Vakant vəzifələr barədə buradan http://eservices.dim.gov.az/dqq/docs/elanlar/elan2.html tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır. Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.   Doktorantura və dissertantura  yolu ilə təhsil almaq istəyən şəxslərə şamil edilən tələblər: “Fəlsəfə doktoru” proqramı üzrə: - Ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi; - İxtisas uyğunluğu; - Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olması; - Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərin olması; - Xarici dil bacarıqları.   Elmlər doktoru proqramı üzrə:  - Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi; - Seçilən ixtisas üzrə pedaqoji staj; - Elmi və ya elmi-pedaqoji nailiyyətlər; - Fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı; - Yüksək səviyyədə xarici dil bacarıqları;   Tələb olunan sənədlər Doktorantura və dissertanlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün - Ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş yerindən xasiyyətnamə; - İş stajı olanlar üçün əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici - ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - Şəxsiyyəti təsdiq edən sənədin surəti.   Elmlər doktoru proqramı üzrə - Ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na); - Kadrların şəxsi-qeydiyyat vərəqi; - Tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - İş yerindən xasiyyətnamə; - Əmək kitabçasından çıxarış; - Çap olunmuş elmi işlərin siyahısı; - “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplo­munun müvafiq qaydada təsdiq edilmiş surəti; - Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); - Şəxsiyyəti təsdiq edən sənədin surəti.   Tarixlər Sənədlərin qəbulu: 28 dekabr 2017-ci il – 29 yanvar 2018-ci il. Sənədlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək qəbul olunur. Qəbul imtahanları (dissertant təhkim olunmaq istəyən şəxslərlə müsahibələr) 5-23 fevral 2018-ci il aralığında keçiriləcəkdir.   İmtahan formatı Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.   Əlaqə www.arti.edu.az Tel: (012) 493 82 71 Email: arti@arti.edu.az

2018/19-cu tədris ili üçün Macarıstan təqaüd proqramına dair elan

Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün musabiqə üzrə müsahibə elan edir

Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Vakant vəzifə barədə məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür. http://eservices.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=1

Kotirovka sorğusunun nəticələri haqqında bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün kartric və İKT avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “Zərif-5” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 11 dekabr 2017-ci il tarixində satınalma müqaviləsi bağlanmışdır.

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.   Xidmətlərin təsviri:   İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri  üzrə ekspert xidmətləri: Azərbaycan dili (tədris dili) Həyat bilgisi Познание мира Технология Изобразительное искусство Музыка Русский язык (язык обучения) Русский язык (иностранный язык) Riyaziyyat Математика Информатика   Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Математика 2. Информатика 3. История Азербайджана 4. Всеобщая история 5. Познание мира 6. Физика 7. Химия         8. География 9. Биология 10. Физическое воспитание 11. Технология 12. Изобразительное искусство 13. Музыка 14. Допризывная подготовка   Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.   Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.01.2018-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər.   Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az   Avtobioqrafiya (CV) formatı

Kotirovka sorğusunun nəticələri haqqında bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün yeni kondisionerin və müxtəlif avadanlıqların alınması, eləcə də kondisionerlərdə təmir, quraşdırma və profilaktik işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən ““Luna LM” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 24 noyabr 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı