• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Satınalma barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işlərinin və müxtəlif xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.   Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 8 sentyabr 2021-ci il saat 15.00-dək təqdim olunmalıdır. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Satınalma sorğusu barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün dəftərxana və təsərrüfat ləvazimatlarının kotirovka sorğusu üsulu ilə satınalınması həyata keçirilir. Maraqlanan təşkilatlar +994 51 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.   Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 03 sentyabr 2021-ci il, saat 15:00-dək qəbul olunur.   Ünvan: Bakı şəhəri, Xətai prospekti 49.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlərin satınalınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.   Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 avqust 2021-ci il tarixində satınalma müqaviləsi bağlanacaq.

Satınalma barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işlərinin və müxtəlif xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.     Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 2 avqust 2021-ci il tarixdə saat 17.00-dək təqdim olunmalıdır.    Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17  

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi

Qrant müsabiqəsinin elanı   Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsi məqsədilə 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir.   Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı istiqamətləri əhatə etməlidir: 1. Ali təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi, tələbə gənclər hərəkatı və şəbəkəsinin qurulması, inkişaf etdirilməsi;  2. Tələbə-gənclər hərəkatını (şəbəkəsini) dövlətin xarici və daxili siyasəti üzrə prioritet mövzuların (vətənpərvərlik duyğusunun gücləndirilməsi, xüsusilə I və II Qarabağ müharibəsi qəhrəmanlarının tanıdılması, qazi və şəhid ailələri, onların övladları üçün mənəvi və sosial dəstək proqramlarının keçirilməsi və s.), həmçinin xalqımızın milli və ümumbəşəri mənəvi dəyərlərin cəmiyyətdə təbliği/təşviqi istiqamətində fəaliyyətə yönləndirilməsi;  3. Tələbə-gənclərin elm-təhsil sahəsində, eləcə də  keçirilən ölkə əhəmiyyətli tədbirlərdə könüllülük fəaliyyətinə cəlb olunması.   Müsabiqə fondu və maliyyələşəcək layihələrin sayı: • Müsabiqə fondunun büdcəsi 350 000 (üç yüz əlli min) manat təşkil edir.  • Sadalanan istiqamətləri əhatə edən və qiymətləndirmə meyarları üzrə ən yüksək nəticəni toplayan layihə qalib olacaqdır.   Müsabiqə iştirakçılarına verilən tələblər: 1. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış ictimai birliklər iştirak edə bilər və aşağıdakı sənədləri təqdim etməlidirlər: • İctimai birliyin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; • İctimai birliyin Nizamnaməsinin surəti; • İctimai birliyin dövlət qeydiyyatının reyestr çıxarışının surəti;  • İctimai birliyin VÖEN-nin surəti; • İctimai birliyin vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları; • İctimai birliyin fəaliyyəti haqqında qısa məlumat; • İctimai birliyin bank hesabı haqqında arayış; • İctimai birliyin rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti.    2. İctimai birlik ali və orta ixtisas təhsili müəssisələrində tələbə-könüllülərlə işin  təşkili və inkişaf etdirilməsi sahəsində təcrübəyə malik olmalı, yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları təsdiq etmək məqsədi ilə müraciət edilə biləcək sifarişçi təşkilatların (şəxslərin) əlaqə məlumatları təqdim edilməlidir.   Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər: 1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır: • Layihə təklifi forması (Əlavə 1); • Layihənin xərclər smetası (Əlavə 2); • Layihənin icra planı (Əlavə 3); 2. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin əməkdaşlarının tərcümeyi-halı (CV). 3. Müsabiqəyə təqdim olunmuş layihə təklifləri üzrə fəaliyyət 9 aydan 12 ayadək müddəti əhatə etməlidir.   Müsabiqəyə təqdim olunan layihə təkliflərinin məzmun ekspertizası üçün qiymətləndirmə meyarları: 1. Təqdim olunmuş layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma; 2. Təqdim olunmuş layihə üzrə fəaliyyətlərin zaman bölgüsü; 3. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması; 4. Layihənin səmərəliliyi, davamlılığı və icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 7 iyul 2021-ci il – 27 iyul 2021-ci il tarixlərində elektron formada  konullu@edu.gov.az elektron poçt ünvanı üzərindən qəbul edilir.  Layihələrin qəbulu üçün son müddət: 27 iyul 2021-ci il, saat 21:00  

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələri:  - 2021-2022-ci tədris ilinə ümumi təhsil pilləsi üçün dərsliklərin komplektinə daxil olan kağız müəllim vəsaitlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb; - 2021-2022-ci tədris ilinə məktəbəhazırlıq qrupları üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 2 iyun 2021-ci il tarixində 2021-2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün kiçik ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair açıq tender keçirilib. Tender Komissiyasının qərarına əsasən, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti olub və 24 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili

Satınalma müqaviləsinin bağlanmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-2022-ci tədris ilinə tam orta təhsil   səviyyəsi (10-11-ci siniflər) üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair açıq tender keçirilib.    Tender Komissiyasının qərarına əsasən, “İndiqo” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-2022-ci tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satınalınmasına dair açıq tender keçirilib. Tender Komissiyasının qərarına əsasən, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti olub və 21 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı