SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Satınalma müqavilələrinin bağlanılmasına dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən VI lot (“Riyaziyyat” dərslik komplekti) üzrə “Radius” MMC, XIII lot (“Kimya” dərslik komplekti) üzrə “Bakı” nəşriyyatı tenderin qalibi olmuş və 15 mart 2018-ci il tarixdə həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılmışdır. VIII lot (“Azərbaycan tarixi” dərslik komplekti) üzrə tender təkliflərindən heç biri qənaətbəxş olmamışdır. Tender komissiyası
15/03/2018 15:36
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə - fakturasının çapı və seçilmiş sənədlərin tikilməsi və cildlənməsi işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
15/03/2018 10:53
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün şaquli, üfüqi jalüzlərin və ştor pərdələrin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
15/03/2018 10:51
Kotirovkalar sorğusu üsulu ilə satınalınma
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət Agentliyi arasında imzalanmış “Erasmus+ eTvinninq Milli Dəstək Xidmətləri/Tərəfdaş Dəstək Agentliyi” adlı qrant müqaviləsi çərçivəsində “eTwinning layihəsinin Azərbaycan üzrə fəaliyyət planına əsasən təşviqat işlərinin təşkili”nin kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 012 5650237 (daxili 2022) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 16 mart 2017-ci il saat 1800 -dək qəbul olunur. Ünvan: Azadlıq prospekti 909
12/03/2018 10:38
Koreya Respublikası 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: Magistratura, doktorantura və tədqiqat Yaş həddi: 40 yaşadək Təqaüdün müddəti: Magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci və s. Qeyd 1. Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidir. Qeyd 2. İngilis (TOEFL və IELTS Academic) və Koreya (TOPİK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir. Müvafiq keçidlər: http://www.studyinkorea.go.kr/ http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000461 Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 2018 Korean Government Scholarship Program For Graduate Degrees Application Guidelines 2018 Korean Government Scholarship Program for Graduate Degrees: FAQ Application Form
07/03/2018 10:21
Dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsaitlərin) çapının satın alınması məqsədilə açıq tender elanı
05/03/2018 14:14
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 05 mart 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanılmışdır.
05/03/2018 10:50
Açıq tender elanı
10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (ikinci elan) açıq tenderə dəvət edir Tender 1 lot üzrə keçirilir. Lot 1 - Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tərtər şəhəri H.Əliyev pr. 4 (Əlaqələndirici şəxs: Şakir İmanov, telefon :(022) 236-20-29) ünvanından ala bilərlər. İştirak haqqı Lot 1 - 50 manat Hesab: AZ63AIIB32051019444500201145 VÖEN 7200462691 Bank: Kapital Bank ASC Tərtər filialı Kodu: 200457 VÖEN: 9900003611 M/H: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 10. Digər sənədlər: Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05.03.2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-15 15.03.2018-ci il saat 17:00-a qədər Tərtər şəhəri H.Əliyev pr.4 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 16.03.2018-ci il saat 10:00-da Tərtər şəhəri H.Əliyev pr.4 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. TENDER KOMİSSİYASI
02/03/2018 14:07
Açıq tender elanı
01/03/2018 11:24
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 06.03.2018-ci il tarixində, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
01/03/2018 10:41
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı