SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün İKT avadanlıqlarının və müxtəlif kartriclərin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.08.2019-cu il saat 17:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
23/08/2019 15:37
Təhsil Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir
- Beynəlxalq əməkdaşlıq şöbəsi, müdir müavini - İnsan resursları şöbəsi, Təhsil müəssisələri ilə iş sektoru, məsləhətçi - Hesabatvermə və icraya nəzarət sektoru, böyük məsləhətçi - Təhsilin inkişafı proqramları şöbəsi, Keyfiyyətin təminatı sektoru, böyük məsləhətçi - Ağdaş rayon təhsil şöbəsi, müdir müavini Müsahibədə Azərbaycan Respublikası Təhsil Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - əmək kitabçasının surəti; - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə) - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); - bir ədəd ağ rəngli fotoşəkil (4x6); - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 21 avqust 2019-cu il tarixdən 4 sentyabr 2019-cu il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər. Telefon: 599 11 55
21/08/2019 18:59
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05.08.2019-cu il tarixdə, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
01/08/2019 12:43
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixdə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 17 adda 447200 nüsxə məktəb sənədinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub. İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 27 may 2019-cu il tarixli ASİMDX-15/01-5/5798P və 19 iyul 2019-cu il tarixli ASİMDX-15/01-5/1599S nömrəli məktublarına əsasən, 30 iyul 2019-cu il tarixdə həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
31/07/2019 16:33
Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət
26/07/2019 11:45
Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət
22/07/2019 13:54
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası
1. Namizədlər Namizədlərə dair tələblər - İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz. Namizədlərin qeydiyyatı Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti. Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər. 2. Seçicilər Seçicilərə dair tələblər - İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər. Seçicilərin qeydiyyatı Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət; 2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. 3. Sənədlərin qəbulu və baxılması Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron və ya kağız formada təqdim edilə bilər. Elektron formada sənədlər shura@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir. Kağız formada sənədlərin qəbulu Bakı şəhəri, Xətai prospekti, 49 ünvanda yerləşən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində iş vaxtı saatlarında (bazar ertəsi – cümə, saat: 9:00-dan 18:00-dək) aparılır. Qeydiyyat üçün sənədlər 22 iyul 2019-cu il tarixindən etibarən qəbul edilir. Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 23 avqust 2019-cu il tarixində başa çatacaq.
22/07/2019 10:57
Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir: • Torna və frezer dəzgahların operatoru; • Avtomobil diaqnostikası və təmiri ustası; • Sənayedə quraşdırma işləri üzrə usta; • Elektronika ustası; • Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru; • İnşaat ustası; • Veb dizayner və proqram təminatçısı; • Avtomatika üzrə usta. Müsabiqədə iştirak etmək istəyən şəxslər 8-25 iyul tarixlərində Peşə Təhsil Mərkəzinin saytı vasitəsilə (http://bsiic.edu.az/) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər. Əlaqə telefonu: (+99412) 562 83 31 İş vaxtı: Həftənin bazar ertəsi - cümə günləri (09:00-18:00)
09/07/2019 12:27
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, ümumi təhsil proqramı üzrə (kurikulumu) 71 adda 641221 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
24/06/2019 15:56
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı