• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən,  “Spartak-111” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla  20 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsinin elanı

  Ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsi, onların arasında sağlam həyat tərzinin təşviqi, ümumi təhsil və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafı üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.          Müsabiqədə iştiraka dair tələblər: Qeyri-hökumət təşkilatları qrantla bağlı müraciətə aşağıdakı sənədləri əlavə etməlidir: 1. Layihə təklifi (Əlavə 2); 2. Layihənin icra planı (Əlavə 6); 3. Layihənin xərclər smetası (Əlavə 5); 4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış); 5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; 6. Təşkilatın Nizamnaməsinin surəti; 7. Təşkilatın VÖEN-nin surəti; 8. Təşkilat haqqında ümumi məlumat; 9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti; 10. Layihədə iştirak edən şəxslərin CV-ləri; 11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış; 12. İnklüziv və xüsusi təhsil sahəsində müvafiq təcrübəni təsdiq edən sənəd və məlumatlar.   Layihələrin təqdim edilməsi: Ərizələr  elektron formada st2019@edu.gov.az ünvanına göndərilməlidir.   Qiymətləndirmə meyarları: 1.   Təhsil sahəsi üzrə layihələrdə qurumun minimum 5 illik təcrübəsi; 2.   Layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma; 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu  layihələrdə iştirak təcrübəsi; 4.   Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması; 5.   Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və  icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Layihələrin qəbulu 20 noyabr 2019-cu il tarixindən başlayır və noyabrın 30-da başa çatır. Layihələrin qəbulu üçün son tarix: 30 noyabr 2019-cu il, saat 18:00   Əlaqə: Ünvan: Bakı şəhəri, Xətai 49 Telefon: 146 Elektron poçt: st2019@edu.gov.az    

2019-2023/Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili

Tender barədə elan

Bildiririk ki, Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu üsulu ilə satın alınması haqqında bildiriş İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 5 noyabr 2019-cu il tarixində yerləşdirilib. 8 noyabr 2019-cu il tarixində tender komissiyasının keçirdiyi iclasda tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilib.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr üçün dəftərxana və təsərrüfat ləvazimatlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Soltan-96” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Çin Xalq Respublikasının (ÇXR) “Tsinghua University” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 07.11. 2019-cu il saat 18:00-dək qəbul olunur.   Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatı üçün mal və materialların kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar  (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 6 noyabr 2019-cu il  saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələr üçün dəftərxana və təsərrüfat ləvazimatlarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 və ya (012) 599-12-22 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 25 oktyabr 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün İKT avadanlıqlarının və müxtəlif kartriclərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən,  “Kifayət 1961” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 10 oktyabr 2019-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı