SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” iştirakçı seçimi üçün elan
“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması”
07-11 oktyabr, 2014
iştirakçı seçimi üçün elan
Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.
Təlim haqqında qısa məlumat:
Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014
Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi
Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.
İştirakçıların sayı: 30 nəfər
Təlim dili: Azərbaycan dili
İştirakçıya qoyulan tələblər:
- Ali pedaqoji təhsil;
- Pedaqoji iş təcrübəsi (ən az 2 il);
- Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Məsuliyyətli;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.
Arzu olunandır:
- Hazırda müəllim olaraq çalışan;
- Respublikanın bölgələrinə getmə imkanı olan;
- Mütaliə vərdişi olan;
- Təlimçi kimi fəaliyyət göstərən.
Əlaqə
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.
Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il