SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.
Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.
Təlimlərin müddəti: noyabr – yanvar 2014
Təlimdə əhatə ediləcək mövzular:
- Təhsildə liderlik və idarəetmə
- Məktəbin idarə edilməsi (PTT yönümlü)
- Kurikulumun dizaynı və idarə edilməsi
- Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab)
- Marketinq
- Maliyyə İdarəetməsi
- Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi
Müsabiqədə iştirak üçün minimum tələblər:
- Ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil;
- 5 illik iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Microsoft Office proqramlarını bilmək.
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
- Liderlik bacarığı
- Yüksək motivasiyalıq
- Səmərəli qərar qəbul etmə bacarığı
- Nəticəyönümlülük
- Xarici dili bilmək
Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) office@allianzconsult.az ünvanına göndərə bilər.
Müraciət üçün son tarix: 30 sentyabr 2014
Seçim qaydaları:
- Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;
- Test üzrə ikinci seçim mərhələ;
- Müsahibə üzrə üçüncü seçim mərhələ;
- Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələ;
- Tapşırıq üzrə beşinci seçim mərhələ.
Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.
Allianz Consult MMC
AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3, Sapphire Plaza, 6-cı mərtəbə
Əlaqə telefonları: (99 412) 404 99 15; Faks: (99 412) 404 99 16
E-poçt: office@allianzconsult.az