SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumidünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyası, Hüquq və Texnologiya üçün Hayfa Mərkəzi və İsrailin Hayfa Universiteti tərəfindən 4 aprel 2013 – 24 yanvar 2014-cü il tarixlərində Hayfa şəhərində aşağıdakı sahələr üzrə ingilis dilində magistratura proqramı təklif olunur:
- Hüquqa giriş kursları;
- Əqli mülkiyyət hüququna giriş kursları;
- Patent hüququ sahəsində kurslar.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
- Namizədlər hüquq, təbiət elmləri, komputer elmi və mühəndisliyin bütün sahələri üzrə 4 illik bakalavr diplomuna malik olmalı;
- İngilis dilini sərbəst bilməlidir.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://overseas.haifa.ac.il/index.php/graduate-programs/graduate-students internet səhifə-sindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 19 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.