SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi proqramı çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv dövlətlərin tələbələrinə bakalavr pilləsi üzrə aşağıdakı sahələrdə 5 təqaüd proqramı təklif edir:
- Kimya mühəndisliyi
- Neft və təbii qaz mühəndisliyi
- Kompüter mühəndisliyi
- İqtisadiyyat
- İngilis dilinin tədrisi
- Biznesin idarə edilməsi
- Siyasi elmlər və beynəlxalq əlaqələr
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://app.ncc.metu.edu.tr/undergraduate/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 15 iyun 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.