SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İsveçrənin Lund Universitetinin hüquq fakültəsi tərəfindən 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində aşağıdakı ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif olunur:
- Beynəlxalq hüquq
- İnsan hüquqları hüququ
- Mütərəqqi insan hüquqları
- Milli və beynəlxalq hüquqda insan hüquqlarının prosedura hüququ
- Hüquqi yazı və tədqiqat
- Avropa əqli mülkiyyət hüququna giriş
- Əqli mülkiyyət hüququ üzrə insan hüquqları perspektivləri
Tələb olunan sənədlər aşağıdakılardır:
- Elektron formada doldurulmuş ərizə formasının çap olunmuş versiyası;
- İngilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş diplomun və diploma əlavənin surətləri;
- Sertifikatlar;
- Ingilis dilini bilmə haqqında şəhadətnamə;
- Xarici pasportun surəti (notarial qaydada təsdiq olunmuş);
- Niyyət məktubu (motivation letter);
- Tərcümeyi hal (CV);
- 2 tövsiyə məktubu.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.lunduniversity.lu.se/o.o.i.s/24968 internet səhifəsindən və ya Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 yanvar 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.