SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Almaniya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!
Oktyabrın 1-də Bakıda Alman universitetlərinin Təhsil Yarmarkası keçiriləcək. “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində təşkil olunacaq yarmarka saat 14:00-dan - 18:00-a qədər davam edəcək.
Təhsil Nazirliyi və Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı tərəfindən təşkil olunacaq tədbirdə Almaniyanın Bonn, Zigen, Potsdam və Köln universitetləri, Axen Ali Məktəbi kimi 20-dən artıq nüfuzlu ali məktəbləri iştirak edəcək.
Sərgi iştirakçıları Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.