SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yaponiya hökuməti 2012-ci il üçün texnologiya kollecində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, İKT üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s sahələrdə təqaüd proqramlarını təklif edir.
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər;
- Orta təhsili bitirmiş şəxslər;
- Yapon dilini öyrənmək arzusunda olanlar;
- Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar.
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
- Yaponiyanın vətəndaşı olan şəxslər;
- Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.
Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2016-ci ilin mart ayınadək 4 illik müddəti əhatə edir.
Təqaüd proqramına 1 illik yapon dili kursu da daxildir.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək mümkündür.
Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.