SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yaponiya hökuməti 2012-ci il üçün tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində tədqiqatlarla məşğul olan şəxslər üçün təqaüd proqramlarını təklif edir.
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
- Tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində 6 illik ali təhsilə malik olmalı;
- 2 aprel 1977-ci il tarixindən sonra anadan olmuş və yaşı 22-dən çox olan şəxslər;
- Yapon dilini öyrənmək arzusunda olanlar.
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
- Doktoranturanı bitirmiş şəxslər;
- Yaponiyanın vətəndaşı olan şəxslər;
- Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.
Təqaüd Proqramının müddəti:
- 2012-ci ilin aprel ayından – 2014-cü ilin mart ayınadək (24 ay)
- 2012-ci ilin oktyabr ayından – 2014-cü ilin mart ayınadək (18 ay)
Təhsil müddətinə 6 aylıq yapon dili kursu da daxildir.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək mümkündür.
Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.