SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
KOICA təqaüdü çərçivəsində Koreya Universitetində təhsil
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr təhsilli şəxslər üçün Koreya Universitetində Beynəlxalq inkişaf üzrə 13 aylıq (2011 fevral-2012 mart) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir:
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- KOICA və KUGSİS ərizə formaları;
- əsaslandırma (motivasiya) məktubu;
- 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
- diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- xarici pasportun surəti;
- iki ədəd tövsiyə məktubu (namizədin təhsil aldığı ali təhsil müəssisəsinin müəllimi və ya peşə rəhbəri tərəfindən);
- TOEFL, TOEIC və ya IELTS sertifikatı;
- namizədin hazırda çalışdığı iş yerindən tövsiyə məktubu
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova – tel: 496-33-11; daxili-248)
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.