SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yaponiya Fondu Yaponiya ilə digər ölkələr arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək məqsədilə İntelektual Mübadilə Konfransları üçün Qrant Proqramını təklif edir.
Proqramda aşağıdakı qurumlar iştirak edə bilərlər:
- Mənfəət gətirməyən təşkilatlar (universitet, tədqiqat institutları, qeyri-hökumət təşkilatları, muzeylər və s.)
Aşağıdakılar Qrant Proqramına müraciət edə bilməzlər:
- Yapon hökuməti, yerli hökumətlər, xüsusi hüquqi qurumlar, təhsil institutları da daxil olmaqla milli və ictimai təşkilatlar;
- Xarici hökumətlər, onların səfirlikləri;
- Yaponiya hökumətinin maliyyə töhfəsi verdiyi beynəlxalq təşkilatlar;
- Yaponiya ilə diplomatik münasibətlərə malik olmayan ölkələrdə yerləşən təşkilatlar;
- Fərdi şəxslər;
- Son 3 ildə bu proqramdan vaxtaşırı faydalanan təşkilatlar.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək olar.
Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev-tel: 496-34-14) təqdim oluna bilər.