SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yaponiya Fondu 2011-2012-ci illərdə humanitar və sosial elm sahələrində Yaponiya haqqında tədqiqatlarla məşğul olan alim, tədqiqatçı və elmlər doktorları üçün aşağıdakı müddətlər üzrə təqaüd proqramlarını təklif edir:
1. Alim və tədqiqatçılar üçün
- Uzun müddətli: 2-12 ay
- Qısa müddətli: 21-59 gün
2. Elmlər doktorları üçün: 4-14 ay
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
- Elmlər namizədi dərəcəsinə uyğun gələn elmi dərəcəyə malik, humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparmış alim və tədqiqatçılar;
- Yaşı 35-dən az olan və humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparan və dissertasiyanı bitirmək üçün Yaponiyaya səfəri zəruri hesab edən tədqiqatçılar;
- 1 aprel 2011-ci il tarixdə sözügedən Proqramda son iştirakından 3 il ötmüş şəxslər;
- Yapon və ya ingilis dilini bilən şəxslər;
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
- Təbiət elmləri, mühəndislik və tibb sahəsində ixtisaslaşmış şəxslər;
- Yaponiya universitetlərində təhsil almaq istəyən tələbələr;
- Təqaüd Proqramından siyasi və dini məqsədlər üçün istifadə etmək niyyətində olanlar;
- Yapon dilini bilmə səviyyəsini gücləndirmə niyyətində olanlar;
- Yapon ənənəvi mədəniyyəti sahəsində təlim almaq istəyənlər;
- Bu Proqramla eyni zamanda başqa qrantlardan istifadə etmək niyyətində olanlar.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək olar.
Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev-tel: 496-34-14) təqdim oluna bilər.