SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf etmiş və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirmiş tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə aşağıdakı sahələr üzrə təqaüd proqramını təklif edir:
- İqlim dəyişikliyi elmi üzrə
- Su ekosistemləri, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrinə iqlim dəyişikliyinin təsiri
- İqlimlə bağlı fəlakətin idarəedilməsi - instisional və təşkilati məsələlər
- İqlim modeli və iqlim dəyişikliyinin təsirinin qiymətləndirilməsi
- Müxtəlif sahələr üzrə sosial-iqtisadi təsirin dəyərləndirilməsi və azalma və uyğunlaşma imkanları
Bu təqaüdlər çərçivəsində tələbələr üçün tədris müddəti 1 (bir) il və ya 18 aya kimi nəzərdə tutulmuşdur.
Təqaüd proqramına 40 yaşa kimi namizədlər müraciət edə bilərlər.
İştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəfin hesabına ödəniləcəkdir.
Daha ətraflı məlumatları və ərizə formalarını İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəsmi internet saytından www.ipcc.ch əldə etmək olar.
Təqaüd proqramına müraciət üçün son tarix 30 iyul 2010-cu ildir.