SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMA VƏ XƏRC-GƏLİR TƏHLİLİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
"TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMA VƏ XƏRC-GƏLİR TƏHLİLİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin “Texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili” mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
Təlim kursunun məqsədi: Təlimin kursunun məqsədi texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlilini aparmaq üçün təlim iştirakçılarını beynəlxalq səviyyədə qəbul olunmuş yanaşma ilə yaxından tanış etmək və iqtisadi, maliyyə, ətraf mühit, sosial və təhlükəsizlik qiymətləndirmələri haqqında onların məlumatlılığını artırmaqdır.
Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili, həmçinin bu sahədə təlimlər üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət və yaxud digər müvafiq istiqamətli şirkət və ya müəssisə olmalıdır. Təlimçilər müvafiq sahə üzrə təhsilə və texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir.
İcra müddəti və yer: 3 ay, Bakı, Azərbaycan
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
Email: erustamov@ultel.net