• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dövlət qulluğu üzrə vakansiyaların elanı

Təhsil Nazirliyinin Aparatı və Peşə Təhsili üzrə Dövlət Agentliyi üzrə elan edilmiş dövlət qulluğu üzrə vakansiyaların elanı

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 17 sentyabr 2019-cu il tarixində Təhsil Nazirliyinin Aparatı və Peşə Təhsili üzrə Dövlət Agentliyi üzrə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə 11 vakansiya elan edir:

 

1. Audit şöbəsi, Audit sektoru, məsləhətçi (1 yer)

2. Maliyyə şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, məsləhətçi (1 yer)

3. Tədris resursları şöbəsi, aparıcı məsləhətçi (1 yer)

4. Hüquq şöbəsi, Normativ-hüquqi təminat sektoru, məsləhətçi (1 yer)

5. İnformasiya şöbəsi, Dəftərxana sektoru, məsləhətçi (1 yer)

6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, Uşaq və gənclərin yaradıcılığı sektoru, aparıcı məsləhətçi (1 yer)

7. Təhsilin iqtisadiyyatı sektoru, məsləhətçi (1 yer)

8. Ümumi və məktəbəqədər təhsil şöbəsi, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektoru, məsləhətçi (1 yer)

9. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq, aparıcı məsləhətçi (1 yer)

10. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Maliyyə və təsərrüfat, böyük məsləhətçi (1 yer)

11. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Maliyyə və təsərrüfat, aparıcı məsləhətçi (1 yer)

 

Sənəd qəbulu 17 oktyabr 2019-cu il tarixinədək davam edəcək. Müsahibədə iştirak etmək üçün sertifikat əldə etmiş namizədlər 17 sentyabr - 17 oktyabr 2019-cu il tarixlərində saat 18:00-dək elektron qeydiyyatdan (http://tqdk.gov.az/)  keçə bilərlər. Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.

Qeyd edək ki, 2 avqust 2019-cu il tarixli elan üzrə Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 119 (A növündə 19 vakant vəzifə üzrə 19 yer, B növündə 100 vakant vəzifə üzrə 147 yer) vakant vəzifə müsahibəyə çıxarılıb.

 

Telefon: 599 11 55


5 il əvvəl