SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Kipr Respublikası Hökuməti tərəfindən 2010-2011-ci illərdə Kipr Beynəlxalq Menecment İnstitutunda (Cyprus International Institute of Management) Biznesin İdarəedilməsi (MBA) və Dövlət Sektorunun İdarəedilməsi (MPSM) üzrə magistr təhsili sahəsində 12 aylıq (sentyabr 2010-sentyabr 2011) təqaüd proqramları elan edilib.
Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödənilir:
· təhsil xərcləri;
· 750 avro məbləğində aylıq məvacib;
· 950 avro həcmində təyyarə bileti xərci;
· yerləşmə ilə bağlı 70 avro məbləğində məvacib;
· tədris materialları üçün 465 avro həcmində məvacib;
· təqaüd başa çatdığı zaman ölkəni tərk etməklə bağlı 50 avro məbləğində məvacib;
· yaşayış icazəsinin alınması ilə bağlı xərclər;
· tibbi sığorta xərcləri.
Proqramda iştirak etmək arzusunda olan namizədlər:
· ali təhsilli olmalı;
· müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmalı;
· ingilis dilini mükəmməl səviyyədə bilməli (namizədlərdən TOEFL, TOIEC, IELTS və s. testlərin nəticələri tələb oluna bilər).
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
· orta təhsil haqqında şəhadətnamənin surəti;
· diplom və diplom əlavəsinin surəti;
· 2 ədəd tövsiyə məktubu;
· 4 ədəd fotoşəkil.
Qeyd: sənədlər ingilis dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Sənədlər, həmçinin CD formatında (skayner edilməklə) da təqdim edilməlidir.
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formasını http://www.ciim.ac.cy/easyconsole.cfm/id/51 internet səhifəsindən əldə edə bilərsiniz. Sənədlər cari ilin 10 iyun tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova–tel:496-33-11; dax:248) təqdim olunmalıdır.