SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu (NIIED) tərəfindən xarici vətəndaşlar üçün təqaüd proqramları elan edilib:
Təqaüd proqramı çərçivəsində magistratura, doktorantura və qarışıq (magistratura+doktorantura) təhsil proqramları nəzərdə tutulur.
Proqramda iştirak etmək arzusunda olan namizədlər:
- ali təhsilli olmalı;
- 40 yaşdan aşağı olmalıdırlar.
Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməli və ya Koreyanın müvafiq ali təhsil müəssisəsinə birbaşa olaraq göndərməlidirlər. Koreya Respublikasının Bakıdakı Səfirliyinə müraciət edəcək namizədlər üçün sənədlərin son qəbul tarixi 30 aprel 2010-cu ildir.
Təqaüd proqramı haqqında ətraflı məlumatları və ərizə formalarını http://www.gks.go.kr internet səhifəsindən əldə etmək mümkündür.