SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Latviya Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən 2010-2011-ci illərdə Latviya dövlət ali təhsil müəssisələrində təhsil almaq və ya tədqiqat işi aparmaq arzusunda olan şəxslər üçün dövlət təqaüdləri elan edilib.
Təqaüd maksimum 10 ay müddətində veriləcəkdir. Müstəsna hallarda Latviya Respublikasının Təhsil və Elm Nazirliyinin xüsusi qərarına əsasən təqaüdün verilmə müddəti uzadıla bilər.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ərizə forması;
2. CV;
3. əsaslandırma məktubu;
4. diplom və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətləri;
5. 2 ədəd tövsiyə məktubu;
6. ali təhsil müəssisəsinin dəvət məktubu;
7. 1 ədəd fotoşəkil;
8. tədqiqat planı (tədqiqat işinin ümumi təsviri).
Sənədlər latış, rus və ya ingilis dillərindən birinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.
Proqram barəsində ətraflı məlumatları və ərizə formasını http://izm.izm.gov.lv/ministry/4885.html internet səhifəsindən əldə etmək mümkündür.
Təqaüd proqramı üçün müraciət etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 28 aprel tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.