• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei)

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei)
elan olunub.

Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər.

Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 il davam edir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir. Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq.

Müraciət edənlər proqramda iştirak müddəti başa çatdıqdan sonra ölkələrinə qayıtmalı və müəllimlik fəaliyyətinə davam etməlidirlər. Proqram bitdikdən sonra Azərbaycana və müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər.

Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini Yaponiyanın ölkəmizdəki səfirliyinə 8 fevral 2019-cu il saat 12.00-dək təqdim edə bilərlər.

Təqaüd proqramı hər universitetin təlim kursuna uyğun olaraq 2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi davam edəcək.

Ətraflı məlumat: https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000379.html

Suallar üçün: Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin Təhsil və mədəniyyət şöbəsi.

Əlaqə nömrəsi: (0124907818)

E-mail: culture-info@bk.mofa.go.jp


5 il əvvəl