SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2010-cu ildə bir sıra ölkələrdə əqli mülkiyyət məsələləri ilə bağlı yay kursları təşkil olunacaqdır.
Kurslarda iştirak edəcək şəxslər ÜƏMT-nın vəzifə və funksiyaları barədə məlumatlar əldə edəcək, həmçinin əqli mülkiyyətlə bağlı müxtəlif sahələrdə daha dərin biliklərə yiyələnə biləcəklər.
Mühazirə və məşğələlər şəklində təşkil olunacaq kurslarda bakalavr pilləsinin sonuncu kursunda və magistr pilləsində təhsil alan tələbələr, həmçinin gənc peşəkarlar iştirak edə bilərlər. Kursun sonunda iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar.
Kurslarda iştirakla bağlı qeydiyyat haqqı, həmçinin beynəlxalq nəqliyyat və yaşayış xərcləri iştirakçının özü tərəfindən ödənilməlidir.
Kurslarda iştirak etmək arzusunda olan namizədlər http://www.wipo.int/academy/en/courses/summer_school/index.html internet səhifəsində qeydiyyatdan keçməli, tərcümeyi-hal və müvafiq əsaslandırma məktubunu birbaşa təşkilatçılara göndərməlidirlər.
Kurslar barəsində daha ətraflı məlumatı http://www.wipo.int/academy/en/courses/summer_school/index.htmlinternet səhifəsindən əldə etmək mümkündür.