SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Malayziya Təhsil Nazirliyi tərəfindən Malayziyanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müəllimlər və onların ixtisasartırılması sahəsində çalışan şəxslər üçün aşağıdakı mövzularda təlim proqramları elan edilir.
1. Dilin tədrisi prosesində İKT-nin tətbiqi – 11 oktyabr – 5 noyabr 2010-cu il
Namizəd üçün müəyyən edilmiş tələblər:
- ingilis dilini işçi dili səviyyəsində bilməli;
- müəyyən səviyyədə kompüter bacarıqlarına malik olmalı;
- 45 yaşdan aşağı olmalı.
2. İkinci dilin tədrisində yoxlama və qiymətləndirmə - 11 oktyabr -5 noyabr 2010-cu il
Təlim proqramlarında iştirak edəcək namizədlər:
- ingilis dilini işçi dili səviyyəsində bilməli;
- 45 yaşdan aşağı olmalıdır.
Proqramda iştirakla bağlı xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Ətraflı məlumatları və ərizə formalarını aşağıdakı linkdən əldə etmək mümkündür:
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 31 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova: 496 33 11; 496 34 00, daxili nömrə-248) təqdim etməlidirlər.