• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dünya EXPO 2025-nin Bakıda keçirilməsi ilə bağlı müsabiqə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsinə start verildi!

 

Müsabiqə gənclər arasında "Ekspo 2025 Bakı” layihəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialını  müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltmək məqsədilə keçirilir.

 

Mövzu:

Müsabiqə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilir. İştirakçılar aşağıdakı 3 alt mövzudan birinə müraciət etməlidirlər:

 

  • Təhsilin gələcəyi
  • Sağlamlığın gələcəyi
  • Əməyin gələcəyi

 

Əsas şərtlər:

  • Müsabiqədə16-29 yaş arasında gənclər iştirak edə bilər.
  • Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər.
  • Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır.
  • Təqdim edilən esselər 1000 sözdən artıq olmamalıdır.
  • Esselər Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər.

 

Mükafat:

Müsabiqə qalibləri I, II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibinin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun gərargahına səfəri təşkil olunacaq, II və III yerin qalibləri xüsusi diplom və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.

 

Qeyd:  Təqdim edilən esselər xüsusi proqram vasitəsilə yoxlanılır. Mətnin 25%-dən çoxu əvvəl dərc edimiş mətnlə eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır.

 

Müsabiqəyə işlər 2018-ci il martın 12-dən aprelin 10, saat 18.00-dək competition@bakuexpo2025.com elektron poçt ünvanında qəbul olunur.


6 il əvvəl