SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi
açıq tender elan edir
Tender 1 lot üzrə keçirilir. Lot- 1. Deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi.
Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə, yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə 50 (əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Balakən rayonu H.Əliyev prospekti 81 ünvanından (əlaqələndirici şəxs Elnur İbrahimov Telefon: 02429-5-54-06) ala bilərlər
VÖEN:3800682661
Bank:Kapital Bank Balakən filialı
H/h-AZ83AİİB32051019446900201169
VÖEN:9900003611
M/h-AZ37NABZ01350100000000001944
S.W.İ.F.T BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
- Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesablarının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı, hüquqi statusu, nizanmnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçilar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 5 mart 2018-ci il saat 17 00 –dək, tender təklifi və bank zəmanətini isə 15 mart 2018-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 mart 2018-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açıqlanacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası