SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibinin seçiminə dair elan
Dərslikləri Qiymətləndirmə Şurası haqqında qısa məlumat: Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən yeni hazırlanan və əsaslı şəkildə yeniləşdirilmiş təkrar nəşr olunan dərslik komplektlərinin ekspertizasını və qiymətləndirilməsini həyata keçirən qurum olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosedurunu təşkil etməkdən ibarətdir.
Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri aşağıdakı ekspertiza sahələri üzrə xidmət göstərəcəklər:
İbtidai təhsilin məzmunu
Azərbaycan dilinin tədrisi
Ədəbiyyatın tədrisi
Xarici dillərin tədrisi
Riyaziyyatın tədrisi
İnformatikanın tədrisi
Biologiyanın tədrisi
Coğrafiyanın tədrisi
Tarixin tədrisi
Fizikanın tədrisi
Kimyanın tədrisi
“Русский язык/Литература”-nın tədrisi
Təhsil proqramlarının (kurikulumların) fəlsəfəsi
Fiziki tərbiyə
Həyati bacarıqların formalaşdırılması
Məktəblilərin yaş psixologiyası və fiziologiyası
Tədris resurslarının dizaynı və bədii tərtibatı
Namizədlərə verilən tələblər:
1. Təhsili: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun ali təhsilə malik olmalıdır.
2. Təcrübəsi: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun azı 5 illik təcrübəyə malik olmalı və dərslik hazırlığı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərməməlidir. Dərsliklərin qiymətləndirilməsi sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
3. İKT-dən istifadə bacarıqları: Namizəd “Microsoft Word” proqramından istifadə etməyi bacarmalıdır.
Müraciət forması:.Müraciət edən şəxs müraciət etdiyi ekspertiza sahəsini “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 18.07.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər. Daxil olan CV-lər əsasında elanın tələblərinə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi ekspertiza sahəsi üzrə bir dərsliyin ekspertizasını həyata keçirmək xahiş ediləcəkdir. Təqdim edilən sınaq ekspertiza əsasında ən uğurlu namizədlər müəyyənləşdirilərək müsahibəyə dəvət ediləcəklər.
Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar:
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova
Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126)
E-poçt: aynure.hesenova@edu.gov.az