• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil İnstitutu əməkdaşlığa dəvət edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə aşağıdakı keyfiyyətlərə malik olmalıdır:  

1. İxtisas fənni üzrə dərin biliklər – vacibdir (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər);

2. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri – vacibdir; 

3. Yüksək özünütəhsil vərdişləri – vacibdir;

4. Xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri  – vacibdir;

5. Pedaqoji təcrübə – arzuolunandır;

6. Müasir pedaqogika ilə tanışlıq – arzuolunandır (hazırki kurikulum, müasir təlim texnologiyaları və s.);

7. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi – arzuolunandır (kitab, dissertasiya, məqalə və s.);

8. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi – arzuolunandır;

9. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü – arzuolunandır.

 

Bu keyfiyyətlərə malik olan və dərslik hazırlamaq üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərin özləri haqqında məlumatları əlavədəki formaya qeyd edərək zaur.isayev@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.

 

Namizəd haqqında məlumat


7 il əvvəl