SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması
Xidmətlər haqqında qısa məlumat. Ölkəmizdə təhsil islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması, onların tətbiqinə dair tövsiyələrin işlənməsi planlaşdırılmışdır. Kurikulumlar hazırlanarkən təmayül siniflərinin xüsusiyyətlərinə uyğun olaraq onların variativ xarakter daşıması nəzərdə tutulur.
Tələb olunan xidmətlər:
• Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər üçün)
• Azərbaycan dili (dövlət dili kimi )
• Ədəbiyyat
• Rus dili (təlim rus dilində olan məktəblər üçün)
• Ədəbiyyat (təlim rus dilində olan məktəblər üçün)
• Xarici dil
• Azərbaycan tarixi
• Coğrafiya
• Ümumi tarix
• Riyaziyyat
• Fizika
• Kimya
• Biologiya
• Çağrışaqədərki hazırlıq fənn kurikulumlarının hazırlanması üzrə mütəxəssislər.
İşin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil İnstitutu.
Xidmətin icra müddəti: 30 avqust 2017- ci il tarixədək.
Namizədlərə verilən tələblər:
1. İxtisas fənni üzrə dərin biliklər.
2. Müasir pedaqoji, psixoloji yanaşmalara bələdlik.
3. Standart və kurikulumların hazırlanması sahəsində təcrübə.
4. Standart və kurikulumların hazırlanması sahəsində dünya təcrübəsinə bələdlik.
5. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi.
6. Kompüter bacarıqları
Müraciət forması: Müraciət edən şəxs seçdiyi fənni “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş öz avtobioqrafiyasını (CV) 05.05.2017-ci il tarixədək ulkar.zaidzada@edu.gov.az elektron poçtuna göndərə bilər.
Müraciətə baxılması: Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və müsahibəyə dəvət ediləcəklər.
Əlavə məlumat: iş günləri saat 09.00-dan 18.00-dək bu əlaqə nömrəsi vasitəsi əldə oluna bilər.
Əlaqələndirici şəxs: Ülkər Zaidzadə
Telefon: (012) 5991155 (daxili 5412)
E-poçt: ulkar.zaidzada@edu.gov.az