• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İsveçin 2017/2018- ci tədris ili üzrə elan etdiyi “ Visby Təqaüd Proqramı”

İsveçin 2017/2018- ci tədris ili üzrə elan etdiyi “ Visby Təqaüd Proqramı” barədə elanı nəzərinizə çatdırırıq:

 

Təqdim edən tərəf: İsveç

Proqramın adı: Visby Təqaüd Proqramı

Ölkələr: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Russiya, Ukrayna

Təhsil səviyyəsi: magistratura, doktorantura, doktorantura sonrası tədqiqat (postdoct)

Təqaüdün müddəti: magistratura - 1-2 il; doktorantura - 12 ay; doktorantura sonrası tədqiqat (postdoct) - 6,9 və 12 ay; böyük elmi işçilər (senior scientists)  – 6 ay

Qarşılanan xərclər: magistratura üçün - 9 000 İsveç kronu (SEK) aylıq təqaüd, sığorta və yol xərcləri; doktorantura üçün – 15 000 İsveç kronu (SEK),  doktorantura sonrası tədqiqat və  böyük elmi işçilər (senior scientists) üçün -18 000 İsveç kronu (SEK)

Kvota sayı: magistratura üçün -50, doktorantura, doktorantura sonrası tədqiqat, böyük elmi işçilər (senior scientists)  – 40

Yaş məhdudiyyəti: Yoxdur

Müraciət tarixi: 1-10 Fevral 2017-ci  il tarixi

Müraciət forması: Fərdi

İnternet səhifəsi: www.sweden.se; www.si.se  

Əlaqə vasitələri: si@si.se

 


8 il əvvəl