SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Sabahın alimləri” V Respublika Müsabiqəsi
Azərbaycan Respublikasının təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə 27 oktyabr 2015-ci il tarixli 1023 nömrəli əmr imzalamışdır. Əmrə əsasən 2016-cı il 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edə bilərlər.
“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar.
Müsabiqənin kateqoriyaları:
- Riyaziyyat
- Fizika, astronomiya
- Kimya
- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
- Tibb və sağlamlıq
- Ekologiya, ətraf mühitin idarə olunması
- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
- Kompüter elmləri.
“Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar.
Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir.