Beynəlxalq Tərəfdaşlıq
Azərbaycan, Türkiyə və Rusiya Federasiyasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri arasında mütəmadı olaraq fikir mübadilələri, konfranslar və qarşılıqlı təcrübənin öyrənilməsi istiqamətində işlər aparılır. Növbəti illərdə bu təcrübənin miqyasının daha da genişləndirilməsi nəzərdə tulmuşdur.
<a href="/uploads/Content/higheredu/Unknown.png"></a>
Məqsəd
Orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə imkan yaranıb.
Orta İxtisas Müəssisələrinə Qəbul
Azərbaycan Respublikasının vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində ödənişli və ödənişsiz təhsil almaq hüququna malikdirlər. Qeyri-dövlət təhsil müəssisələrdə ödəniş haqqının miqdarı hər tədris ilində tədris müəssisəsiin Şurası tərəfindən müəyyən edilir.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.